
14.05.2025 / 20:23
“Sübhan” MMC-nin rəhbərinə “stop” qoyuldu
70423
“Sübhan" MMC-nin rəhbərinin ölkədən çıxışı məhdudlaşdırılıb.
Valyuta.az xəbər verir ki, Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazova bununla bağlı qətnamə qəbul edib.
Şirkət rəhbərinə “stop” qoyulması vergi borcu ilə əlaqədardır. “Sübhan” MMC-nin 2428,63 manat borcu olsa da, ödəməyib.
Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi borc ödənilədək şirkətin rəhbərinə “stop” qoyulması üçün məhkəməyə müraciət edib.
“Sübhan” MMC 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin qanuni təmsilçisi Piriyev Fərhad İman oğludur.
Şirkətin vergi borcu hazırda 5 720,14 manat təşkil edir.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay