BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9286
  • RUB
    2.2033
  • TRY
    0.0433
  • GBP
    2.2896
70411

ABŞ administrasiyası dünyadakı şirkətlərə Çinin "Huawei" istehsalı olan süni intellekt (Sİ) prosessorlarından istifadə etməmək barədə tövsiyə ilə çıxış edib. 

Valyuta.az "Financial Times"a istinadən xəbər verir ki, bu cür komponentlərdən ABŞ xaricində istifadə olunması Amerika ixrac nəzarətinin pozulması kimi qiymətləndirilə bilər və bu, cinayət məsuliyyətinə səbəb ola bilər.

ABŞ Ticarət Nazirliyinin açıqlamasına əsasən, "Huawei"nin "Ascend" seriyalı prosessorları ixrac nəzarətinə tabedir. Buna səbəb onların Amerika texnologiyalarını ehtiva etməsi və ya həmin texnologiyalarla istehsal olunması ehtimalıdır.

Ticarət Nazirliyi nəzdində fəaliyyət göstərən Sənaye və Təhlükəsizlik Bürosu (BIS) xarici süni intellekt çiplərinə dair qaydaların sərtləşdirildiyini bildirib. Belə ki, "Huawei Ascend" çiplərindən ABŞ xaricində istifadə açıq şəkildə ixrac nəzarəti qaydalarının pozulması kimi qiymətləndiriləcək. Söhbət üç modeldən - "Ascend" 910B, 910C və 910D çiplərindən gedir. Büroya görə, bu modellər ya müəyyən ABŞ proqram təminatı və ya texnologiyalarından istifadə edilərək hazırlanıb, ya da birbaşa həmin texnologiyalar əsasında yaradılmış avadanlıqda istehsal olunub.

Bu xəbərdarlıq Vaşinqtonun "Huawei"nin süni intellekt sahəsində – xüsusilə mikrosxemlər istehsalında – sürətlə irəliləməsi ilə bağlı artan narahatlığı fonunda səsləndirilib. “Financial Times” yazır ki, Çin şirkəti artıq öz müştərilərinə İT klasterləri şəklində süni intellekt çiplərini təqdim etməyə başlayıb və bu çiplər əsas göstəricilər – ümumi hesablama gücü və yaddaş həcmi – baxımından aparıcı Amerika istehsalçısı "Nvidia"nın məhsullarını geridə qoyur.

ABŞ hakimiyyəti "Huawei"nin yaxın vaxtlarda beynəlxalq bazarda "Nvidia" və digər amerikalı istehsalçılarla rəqabət aparmağa qadir Sİ prosessorlarını təqdim etməyə başlayacağından narahatdır.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda hotellər üç prinsip üzrə idarə olunur

Restoranların müştərilərdən 50-100 manatlıq depozit tələbi qanunidirmi?

Prezident bu məhkəmələrə hakim təyin etdi - SİYAHI

Prezident bu məhkəmələrə hakim təyin etdi - SİYAHI

Sumqayıtdakı bu zavodun 1,3 milyon manat vergi borcu üzə çıxdı

“İstənilən adamın telefonuna girə bilərdik” deyən hakerə hökm oxundu

Ən etibarsız ailə avtomobilləri: Alınması məsləhət görülməyən 3 model

Azərbaycanda 2035-ci ildən hidrogen istehsalına başlanacaq

Azərbaycan Türkmənistana 100 ton elektrod göndərib

Metroda gedişhaqqı ilə bağlı YENİLİK

Stiv Cobsun həyat yoldaşı "OpenAI"nin sirrli cihazına dəstək verir: "Apple"a rəqib gəlir?

Azərbaycanın bu ölkədə yeni səfirliyi açıldı

Bu saatlar təkcə zamanı yox, sərvəti də göstərir - Dünyanın ən bahalı 10 saatı

"Azercell"in yeni qaydası ciddi sosial narahatlıq doğurur - Ekspert

"Azercell"in yeni qaydası ciddi sosial narahatlıq doğurur - Ekspert

Çindən 2,21 manata alıb, Səudiyyə Ərəbistanına 38 manatdan satmışıq

600-dən çox bal toplayan şagirdlərə görə lider olan MƏKTƏBLƏR - SİYAHI

“AzSığorta”nın rəhbərliyində təyinat olub

Azərbaycanda bu ərazilərdə işıq və qaz qiymətlərinin 3 dəfə azaldılması təklif edilir

Azərbaycan saatlıq əməkhaqqına keçir: Layihə hökumətə təqdim edildi

"Ötən il 2000-ə yaxın müəllim ev üçün kredit götürüb"

"Ötən il 2000-ə yaxın müəllim ev üçün kredit götürüb"

Prezident yol təmirinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM

Bu şəxslərə 1600 manat verildi

Bakının mərkəzində söküntü: Sakinlər narazıdır - Nə qədər pul verilir?

"OpenAI"ın mediaya sızan planları: ChatGPT "super köməkçi"yə çevrilir

Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq

Bakıdan Təbrizə aviabiletin qiymətləri məlum oldu

"Azercell" bütün internet paketlərinin QİYMƏTİNİ qaldırdı

"Amazon" "gələcəyin cihazları" üçün işə başladı

“Sumqayıt Bulvar” yenə Nigar Bağırovadan gül alır – Bu dəfə 145 min manatlıq

İcra başçısına müavin gedən direktorun vəzifəsi ona tapşırıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin