
14.05.2025 / 11:24
“PAŞA Bank” biznes kreditlərini bahalaşdırdı
70385
“PAŞA Bank” biznes kreditlərini bahalaşdırıb.
Valyuta.az bu barədə banka istinadən xəbər verir. Məlumata görə, “PAŞA Bank” onlayn biznes kreditləri üzrə minimal faizləri 10%-dən 12%-ə yüksəldib. Başqa sözlə, kredit faizləri 2% bəndi artırılıb. Bank bundan əvvəl isə komissiya xərcini 0,75%-dən 1%-ə yüksəltmişdi.
Qeyd edək ki, “PAŞA Bank” hazırda biznes kreditləri illik 12% - 17% arasında təklif edir. 250 min manatadək biznes kreditləri 3-24 ay müddətinə təklif edilir.
Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,5 milyon manatdır. Bankın səhmlərinin 56,8 %-i daxil olduğu "PAŞA Holdinq"ə, 28,2 %-i "Bless" MMC-yə, 10 % Arif Paşayevə, 5 %-i isə Mircamal Paşayevə məxsusdur.
NARA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay