BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9286
  • RUB
    2.2033
  • TRY
    0.0433
  • GBP
    2.2896
70345

İlon Mask "Tesla Optimus" adlı insanabənzər robotun rəqs etdiyi videonu sosial şəbəkələrdə paylaşaraq qısa müddətdə böyük maraq doğurub.

Valyuta.az xəbər verir ki, Maskın X səhifəsində yerləşdirdiyi qısa video cəmi bir neçə saat ərzində 7 milyondan çox baxış toplayıb.

Milyarder bildirib ki, bu görüntü neyroşəbəkə tərəfindən yaradılmayıb - video gerçək kadrlardan ibarətdir. Robot "təcrübə və səhvlərlə öyrənmə" (reinforcement learning) üsulu ilə təlim keçib. Bu metod insan öyrənmə prosesini təqlid edir.

"Optimus"un arxa hissəsinə bərkidilmiş kabel onun yıxılacağı təqdirdə təhlükəsizlik məqsədi daşıyır. Mask robotun rəqsini "ilk nəticə" adlandırıb və yaxın zamanda komandanın üzərində çalışdığı daha çox rəqs nümayişlərinin təqdim olunacağını vəd edib.

"Tesla Bot" layihəsi ilk dəfə 2021-ci ilin yayında elan olunmuşdu. Həmin ilin payızında isə "Tesla Optimus" prototipi təqdim edilib. Həmin vaxt bu robotlar hələ sərbəst hərəkət edə bilmirdilər. Bu gün isə onlar artıq gəzir, əşyalar daşıyır, özlərinə bənzər robotların yığılmasında sadə əməliyyatlar yerinə yetirirlər və hətta rəqs edirlər. Bütün bu funksiyalar insan müdaxiləsi olmadan həyata keçirilir.

Layihənin məqsədi insanların gündəlik və rutin işlərini – məsələn, market alış-verişi, it gəzdirmək və sair – robotlara həvalə etməkdir. Mask qeyd edir ki, bu texnologiya insanların işlərini əllərindən almağı deyil, onların işini yüngülləşdirməyi qarşıya məqsəd qoyur. Onun fikrincə, gələcəkdə dünyada insanların sayı qədər də robot olacaq.

Robotların satışına 2026–2027-ci illərdə başlanması planlaşdırılır. Onların qiymətinin təxminən 20 min ABŞ dolları olacağı gözlənilir. 

Paşa Məmmədli


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Naxçıvanda nazir müavini işdən çıxarıldı

Metro 3 ayda nə qədər qazanıb?

Bayram günlərində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli açıqlanıb

Neuralink" beyin çipi layihəsinə 650 milyon dollar investisiya aldı

Azərbaycanda hotellər 3 prinsip üzrə idarə olunur

Restoranların müştərilərdən 50-100 manatlıq depozit tələbi qanunidirmi?

Prezident bu məhkəmələrə hakim təyin etdi - SİYAHI

Prezident bu məhkəmələrə hakim təyin etdi - SİYAHI

Sumqayıtdakı bu zavodun 1,3 milyon manat vergi borcu üzə çıxdı

“İstənilən adamın telefonuna girə bilərdik” deyən hakerə hökm oxundu

Ən etibarsız ailə avtomobilləri: Alınması məsləhət görülməyən 3 model

Azərbaycanda 2035-ci ildən hidrogen istehsalına başlanacaq

Azərbaycan Türkmənistana 100 ton elektrod göndərib

Metroda gedişhaqqı ilə bağlı YENİLİK

Stiv Cobsun həyat yoldaşı "OpenAI"nin sirrli cihazına dəstək verir: "Apple"a rəqib gəlir?

Azərbaycanın bu ölkədə yeni səfirliyi açıldı

Bu saatlar təkcə zamanı yox, sərvəti də göstərir - Dünyanın ən bahalı 10 saatı

"Azercell"in yeni qaydası ciddi sosial narahatlıq doğurur - Ekspert

"Azercell"in yeni qaydası ciddi sosial narahatlıq doğurur - Ekspert

Çindən 2,21 manata alıb, Səudiyyə Ərəbistanına 38 manatdan satmışıq

600-dən çox bal toplayan şagirdlərə görə lider olan MƏKTƏBLƏR - SİYAHI

“AzSığorta”nın rəhbərliyində təyinat olub

Azərbaycanda bu ərazilərdə işıq və qaz qiymətlərinin 3 dəfə azaldılması təklif edilir

Azərbaycan saatlıq əməkhaqqına keçir: Layihə hökumətə təqdim edildi

"Ötən il 2000-ə yaxın müəllim ev üçün kredit götürüb"

"Ötən il 2000-ə yaxın müəllim ev üçün kredit götürüb"

Prezident yol təmirinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM

Bu şəxslərə 1600 manat verildi

Bakının mərkəzində söküntü: Sakinlər narazıdır - Nə qədər pul verilir?

"OpenAI"ın mediaya sızan planları: ChatGPT "super köməkçi"yə çevrilir

Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq

Bakıdan Təbrizə aviabiletin qiymətləri məlum oldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin