BAKU Azərbaycan
16.72°C
  • USD
    1.7
  • EUR
    1.9019
  • RUB
    2.129
  • TRY
    0.0438
  • GBP
    2.2618
70132

“AFB Bank” ASC yüksələn inkişaf strategiyalarını davam etdirmək məqsədilə, bankın İdarə Heyəti Sədri yanında Biznes Bankçılıq üzrə Müşavir vəzifəsinə Hüseyn Bağırlını təyin etdiyini məmnuniyyətlə elan edir.

Hüseyn Bağırlının təhsil və peşəkar fəaliyyəti

Hüseyn Bağırlı 08 yanvar 1991-ci ildə anadan olub. 2008–2012-ci illərdə Türkiyənin İstanbul şəhərində yerləşən Marmara Universitetinin “Bank işi və sığorta işi” fakültəsində ali təhsil alıb və bakalavr dərəcəsini yüksək nəticə ilə başa vurub.

2012-ci ildən bank sektorunda fəaliyyətə başlayan Hüseyn Bağırlı “YapıKredi Bank”da korporativ və kiçik və orta biznes (SME) kreditlərinin verilməsi sahəsində işləyərək zəngin təcrübə qazanıb. O, müxtəlif banklarda korporativ kredit portfelinin idarə edilməsi və SME seqmentlərinin inkişafı üzrə mühüm uğurlara imza atıb.

Karyerası boyunca Hüseyn bəy korporativ kreditlər və SME seqmentlərinin inkişafı sahəsində ixtisaslaşaraq bir neçə aparıcı bankda məsul vəzifələrdə çalışıb. O, kredit proseslərinin optimallaşdırılması, risklərin idarə olunması və müştəri məmnuniyyətinin artırılması istiqamətlərində mühüm uğurlar əldə etmişdir. Ən son olaraq, bank sektorunda Biznes Sahəsinin Baş Direktoru kimi çalışaraq strateji layihələrə rəhbərlik etmiş və yeni biznes imkanlarının yaradılmasında aktiv rol oynamışdır.

Yeni vəzifədə gözləntilər

Hüseyn Bağırlı “AFB Bank” ASC-də İdarə Heyəti Sədri yanında Biznes Bankçılıq üzrə Müşavir kimi korporativ strategiya, biznes planlaşdırma və digər strateji bölmələrə dəstək verəcək, bankın rəqəmsal transformasiya və bazar genişləndirmə hədəflərinin reallaşmasında fəal iştirak edəcək. Onun, sahib olduğu təcrübə və biliyi tətbiq edərək, bankımızın strateji hədəflərinə çatmasında əvəzolunmaz rol oynayacağına inamımız tamdır.

“AFB Bank” ailəsi olaraq Hüseyn Bağırlıya yeni vəzifəsində uğurlar arzulayırıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Trampdan "Apple" rəhbərinə sərt sözlər: "Sənə həqiqətən yaxşı davrandıq"

Azərbaycanda silsilə qətllər törədən dəstə başçısının ağlasığmaz CİNAYƏTLƏRİ - DETALLAR

“Messenat Holdinq”in bu şirkətinin vergi borcu milyona yaxınlaşır

Hansı ölkələrdə neçə yaşında pensiyaya çıxılır?

Hansı ölkələrdə neçə yaşında pensiyaya çıxılır?

Noutbuk alıcılarının sayının artması istehsalı 71%-dən çox yüksəldib

"YouTube" videoların ən maraqlı anlarında reklam göstərəcək

Bu taksi şirkəti 40 min cərimə edildi

Bu futbol klubu fəaliyyətini dayandıra bilər

Peşə məktəbləri kolleclərdən üstündür -Təhsil eksperti

Bankomatda unutduğu pulu oğurladılar

Ən yüksək marjaya məxsus məhsullar - SİYAHI

Son 5 ildə ictimai iaşə dövriyyəsi 588,9 milyon manat artıb - CƏDVƏL

“Zahid və Zakir”in külli miqdarda vergi borcu var

Azərbaycanda da çirkli pulları yuyan blogerlər var?

Azərbaycanda da çirkli pulları yuyan blogerlər var?

Vasif Talıbova məxsus şirkətlər ləğv edilir

“Xalq Bank” investisiya fəaliyyətinə başlayır

Azərbaycanda "Son zəng"in təmtəraqla keçirilməsi qadağan edilib - RƏSMİ

Mərkəzi Bank “Sənaye Bankı” və “Bank Avrasiya”ya icrası məcburi sərəncamlar verib

Azərbaycanda tibb bacıları nə qədər maaş alır?

Yeni sədr 31 yaşlı bankirə vəzifə verdi - FOTO

​Necə olur ki, yüksək maaş ayın ortası bitir?

Ən çox əməkhaqqı alan peşələr - CƏDVƏL

“Yapı Kredi Bank Azərbaycan”dan şikayətlər səngimir - Qırmızı zolaqda

Mobil operatorların gəlirləri açıqlandı

Aylıq 3000-4000 manat arası mənfəət vəd edən biznes satılır

Övladlar valideynlərini saxlamağa borcludurmu?

Marketlərdə “İstehlakçı hüquqlarını bil və tələb et!” kampaniyası

Marketlərdə “İstehlakçı hüquqlarını bil və tələb et!” kampaniyası

Biznesmen qadının bağçası haqqında QƏRAR qəbul edildi

Rəşad Cəfərov "Mozalan Studiyası"na direktor təyin edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin