BAKU Azərbaycan
18.96°C
  • USD
    1.7
  • EUR
    1.8896
  • RUB
    2.0988
  • TRY
    0.0438
  • GBP
    2.2441
70089

Son dövrlər nağdsız ödənişlərin geniş yayılması müştərilər üçün rahatlıq və şəffaflıq təmin etsə də, bəzi hallarda istehlakçılar müxtəlif texniki və hüquqi boşluqlardan yaranan problemlərlə qarşılaşır.

Xüsusilə aldığımız məhsulun geri qaytarılması baş verərkən, edilən ödənişin müştərinin balansına ən azı 3-5, ən çoxu isə 10-15  iş günü sonra köçürülməsi narazılıqlara səbəb olur. Bu gecikmə isə müxtəlif səbəblərlə əlaqələndirilir. Bildirilir ki, bu səbəblərin arasında bank sisteminin texnoloji problemlərindən tutmuş, müvafiq hüquqi tənzimləmələrin çatışmazlığına qədər ola bilər.

Bəs qanunvericilik nə deyir?

Mövzu ilə bağlı Valyuta.az-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, qanunvericiliyə görə banklar tərəfindən ödəniş tapşırıqlarının icrası bir gün ərzində həyata keçirilməlidir. Ancaq qanun həm də onu deyir ki, bağlanan müqavilələrdə tərəflər başqa müddətləri də qeyd edə bilər: 

“Lakin burda başqa məsələ var. Biz mağazaya ödəniş ediriksə, bu hələ o demək deyil ki, həmin vəsait elə anındaca mağazanın işlədiyi bankdakı hesabına oturur. Onlayn ödəniş zamanı xidmətlərindən istifadə etdiyimiz banka tapşırırıq ki, ödənişi həyata keçir. Bu ödəniş isə digər hesaba bir iş günündə keçəcək, bu biri bankda mağazanın hesabına bir iş gününə oturdacaq. Burda proseslərin icrası üçün ən azı iki-üç gün vaxt gedəcək. Qaytarılma olanda da eyni proseslər həyata keçirilir”. 

“Bəzən bu müddətin 10-15 iş gününə qədər uzanmasının səbəbi nədir” sualına cavab olaraq ekspert bildirib ki, qaytarılan məhsulun dəyərinin bu müddət ərzində müştərinin kartına geri qaytarılmasının səbəbləri fərqli ola bilər:

“Bu o deməkdir ki, ya mağaza öz bankına göstərişi gec verir, ya da mağaza ilə bank arasında bağlanan müqavilədə bu müddət fərqli qeyd olunub. Belə proseslərdə isə bir bank yox, iki bank iştirak edir. Vətəndaşın kartını istifadə etdiyi bank və mağazanın əməkdaşlıq etdiyi bank. Ona görə də burda proseslər fərqli icra oluna bilər”.

Günay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Noutbuk alıcılarının sayının artması istehsalı 71%-dən çox yüksəldib

"YouTube" videoların ən maraqlı anlarında reklam göstərəcək

Bu taksi şirkəti 40 min cərimə edildi

Bu futbol klubu fəaliyyətini dayandıra bilər

Peşə məktəbləri kolleclərdən üstündür -Təhsil eksperti

Bankomatda unutduğu pulu oğurladılar

Ən yüksək marjaya məxsus məhsullar - SİYAHI

Son 5 ildə ictimai iaşə dövriyyəsi 588,9 milyon manat artıb - CƏDVƏL

“Zahid və Zakir”in külli miqdarda vergi borcu var

Azərbaycanda da çirkli pulları yuyan blogerlər var?

Azərbaycanda da çirkli pulları yuyan blogerlər var?

Vasif Talıbova məxsus şirkətlər ləğv edilir

“Xalq Bank” investisiya fəaliyyətinə başlayır

Azərbaycanda "Son zəng"in təmtəraqla keçirilməsi qadağan edilib - RƏSMİ

Mərkəzi Bank “Sənaye Bankı” və “Bank Avrasiya”ya icrası məcburi sərəncamlar verib

Azərbaycanda tibb bacıları nə qədər maaş alır?

Yeni sədr 31 yaşlı bankirə vəzifə verdi - FOTO

​Necə olur ki, yüksək maaş ayın ortası bitir?

Ən çox əməkhaqqı alan peşələr - CƏDVƏL

“Yapı Kredi Bank Azərbaycan”dan şikayətlər səngimir - Qırmızı zolaqda

Mobil operatorların gəlirləri açıqlandı

Aylıq 3000-4000 manat arası mənfəət vəd edən biznes satılır

Övladlar valideynlərini saxlamağa borcludurmu?

Marketlərdə “İstehlakçı hüquqlarını bil və tələb et!” kampaniyası

Marketlərdə “İstehlakçı hüquqlarını bil və tələb et!” kampaniyası

Biznesmen qadının bağçası haqqında QƏRAR qəbul edildi

Rəşad Cəfərov "Mozalan Studiyası"na direktor təyin edildi

Prezident Elnur Çıraqova vəzifə verdi

Azərbaycan əhalisinin sayı açıqlandı

Şəklimiz "Green card"da qalib gəlməyə təsir edir - Diqqət edilməli məqamlar

Universitetə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin