BAKU Azərbaycan
18.96°C
  • USD
    1.7
  • EUR
    1.8896
  • RUB
    2.0988
  • TRY
    0.0438
  • GBP
    2.2441
69853

Texnologiya günü-gündən inkişaf edir. Demək olar ki, tez-tez müxtəlif texnologiya şirkətləri yeni proqramlar istifadəyə verir. Eyni zamanda illərdir fəaliyyət göstərən, bir vaxtlar müştəriləri tərəfindən sevilən, onların işinə yarayan proqramlar fəaliyyətini dayandırır. Bunlardan biri də may ayının 5 –də, yəni sabah fəaliyyətini dayandıracaq “Skype”dır. Maraqlıdır, 22 ildir fəaliyyət göstərən bu proqram niyə fəaliyyətini dayandırır?

Valyuta.az sizlərə mayın 5-də insanlarla vidalaşacaq bu platforma haqqında ətraflı məlumat təqdim edir. 

22 illik fəaliyyətin başlanğıcı necə başladı?

"Skype" proqramı 2003-cü ilin avqust ayında İsveç və Danimarka əsilli sahibkarlar Niklas Zennström və Yanus Friis, həmçinin dörd estoniyalı proqramçı tərəfindən yaradılıb. Əsas texniki inkişaf komandası Estoniyanın Tallin və Tartu şəhərlərində fəaliyyət göstərib. Belə ki, həmin dövrdə, yəni 2011-ci ilə qədər "Skype" inkişaf komandası və əməkdaşlarının 44 faizindən çoxu Estoniyada, xüsusilə Tallin və Tartu şəhərlərində yerləşib.

Şirkətlərin maraqları nəticəsində bu proqram dəfələrlə şirkət dəyişib, satın alınıb. Belə ki, 2005-ci ilin sentyabrında "eBay" şirkəti "Skype"ı 2,6 milyard ABŞ dolları müqabilində satın alıb. 2009-cu ilin sentyabrında "Silver Lake", "Andreessen Horowitz" və Kanada Pensiya Planı İnvestisiya Şurası platformanın 65 faizini "eBay"dən 1,9 milyard dollara alıb və həmin vaxt "Skype"ın ümumi dəyəri 2,92 milyard dollar olaraq qiymətləndirilib.

2011-ci ilin may ayında isə "Microsoft" şirkəti "Skype"ı 8,5 milyard ABŞ dollarına satın alıb və bu platformanı "Windows Live Messenger" xidmətini əvəz etmək üçün istifadə etməyə başlayıb.

“Skype”ın populyarlıq dövrü 

"Skype" ənənəvi telefon xidmətlərindən fərqli olaraq VoIP (Voice over IP) texnologiyası əsasında işləyirdi. Bu, istifadəçilərə internet üzərindən pulsuz səsli və daha sonra video zənglər etməyə imkan verirdi. O dövrdə bu texnologiya yenilikçi idi və sürətlə geniş istifadəçi bazası topladı. İlk aylarında artıq milyonlarla yükləmə sayı əldə etdi. Sadə interfeys və yüksək səs keyfiyyəti istifadəçilər tərəfindən müsbət qarşılandı. Yuxarıda qeyd etdiyimiz nəhəng şirkətlər bu proqramı aldıqca, dəyəri artdı.

Bu qədər şirkətin marağına səbəb olmuş platforma niyə fəaliyyətini dayandırır?

"Skype"ın bağlanmasının əsas səbəbi texnoloji dəyişikliklər və istifadəçi tələbatının dəyişməsidir.  "Zoom", "WhatsApp", "Google Meet" və xüsusilə "Microsoft Teams" kimi platformalar meydana çıxdıqca bazarda ciddi rəqabət yarandı. "Skype" istifadəçi interfeysini tez-tez dəyişsə də, sadəlik və sabitlik baxımından geridə qaldı.

2021-ci ildə "Skype for Business" tamamilə ləğv edildi və “Microsoft” daha çox resursu "Teams" platformasına yönəltdi. Bu platformalar pandemiya dövründə geniş vüsət aldı və "Skype" bu dalğadan geri qaldı. Eyni zamanda "Microsoft" artıq bir-birini təkrarlayan məhsulların mövcudluğunu istəmir. Bu səbəbdən "Skype"ın bağlanması strateji qərardır.

Sərvanə Rəmixanova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Hansı ölkələrdə neçə yaşında pensiyaya çıxılır?

Hansı ölkələrdə neçə yaşında pensiyaya çıxılır?

Noutbuk alıcılarının sayının artması istehsalı 71%-dən çox yüksəldib

"YouTube" videoların ən maraqlı anlarında reklam göstərəcək

Bu taksi şirkəti 40 min cərimə edildi

Bu futbol klubu fəaliyyətini dayandıra bilər

Peşə məktəbləri kolleclərdən üstündür -Təhsil eksperti

Bankomatda unutduğu pulu oğurladılar

Ən yüksək marjaya məxsus məhsullar - SİYAHI

Son 5 ildə ictimai iaşə dövriyyəsi 588,9 milyon manat artıb - CƏDVƏL

“Zahid və Zakir”in külli miqdarda vergi borcu var

Azərbaycanda da çirkli pulları yuyan blogerlər var?

Azərbaycanda da çirkli pulları yuyan blogerlər var?

Vasif Talıbova məxsus şirkətlər ləğv edilir

“Xalq Bank” investisiya fəaliyyətinə başlayır

Azərbaycanda "Son zəng"in təmtəraqla keçirilməsi qadağan edilib - RƏSMİ

Mərkəzi Bank “Sənaye Bankı” və “Bank Avrasiya”ya icrası məcburi sərəncamlar verib

Azərbaycanda tibb bacıları nə qədər maaş alır?

Yeni sədr 31 yaşlı bankirə vəzifə verdi - FOTO

​Necə olur ki, yüksək maaş ayın ortası bitir?

Ən çox əməkhaqqı alan peşələr - CƏDVƏL

“Yapı Kredi Bank Azərbaycan”dan şikayətlər səngimir - Qırmızı zolaqda

Mobil operatorların gəlirləri açıqlandı

Aylıq 3000-4000 manat arası mənfəət vəd edən biznes satılır

Övladlar valideynlərini saxlamağa borcludurmu?

Marketlərdə “İstehlakçı hüquqlarını bil və tələb et!” kampaniyası

Marketlərdə “İstehlakçı hüquqlarını bil və tələb et!” kampaniyası

Biznesmen qadının bağçası haqqında QƏRAR qəbul edildi

Rəşad Cəfərov "Mozalan Studiyası"na direktor təyin edildi

Prezident Elnur Çıraqova vəzifə verdi

Azərbaycan əhalisinin sayı açıqlandı

Şəklimiz "Green card"da qalib gəlməyə təsir edir - Diqqət edilməli məqamlar

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin