BAKU Azərbaycan
18.96°C
  • USD
    1.7
  • EUR
    1.9019
  • RUB
    2.129
  • TRY
    0.0438
  • GBP
    2.2618
69547

Kimlərsə uğura bizdən daha tez çata bilər, amma yüksək performanslı dövrə keçmək, nə olursa olsun, zaman tələb edir. İnkişaf dövrünü keçə bilmək üçün əzmli və səbirli olmaq vacibdir. İdeyanızın nəticə verməsi nə qədər vaxt aparırsa-aparsın, bu işin açarı cəsarətdir. Sahibkarlığa maraq göstərən, amma tələb olunanı edə bilməyənlərlə, özünü işinə həsr edənləri fərqləndirən mənəvi xüsusiyyət məhz budur. Lakin reallıq budur ki, sahibkarlıqda davamlı uğura çatmaq illərlə aparılan diqqətli planlama, çox çalışma və ən əsası sarsılmaz cəsarət tələb edir.

Valyut.az cəsarətin sahibkarlığın ayrılmaz hissəsi olduğunu göstərən dörd əsas səbəbi təqdim edir:

Sahibkarlıq zəhmətli bir işdir

Bir çox sahibkar uğurlu bir iş qurmaq üçün şəxsi həyatında ciddi fədakarlıqlar edir. Həyatınızdakı bəzi şeylər çətinləşməyə başladıqda geriyə addım atmaq üçün kifayət qədər cəsur olmaq sizə tarazlıq qazandırar və böyük itkilərdən qoruyar.

Sahibkarlıq risklidir

Yüksək risk istənilən iş üçün böyük maneədir. Amma bəzi insanlar üçün şəxsi yığımlarının ya hamısı, ya da böyük bir hissəsi təhlükədə ola bilər. Bu qədər böyük maliyyə riski almaq böyük cəsarət və bağlılıq tələb edir. Cəsarət və işə bağlılıq sahibkara riski azaldacaq tərəfdaşlıqlar və satış imkanları yaratmaq şansı qazandırır.

Qərarlar ya batırar, ya da çıxarar

Sahibkarların beyni daim yeni idealarla doludur, lakin hansılara fokuslanıb, hansıları bir kənara qoyacağınıza qərar vermək üçün həm kifayət qədər cəsarətli, həm də dürüst olmalısınız, xüsusilə də risk altında çox şey varsa bunu etməlisiniz. Nə istədiyinizi aydın şəkildə anlamalısınız ki, güclü tərəflərinizi ön plana çıxararaq uğur qazanmaq şansınızı artırasınız.
100 ideya barədə düşünmək olar, amma onların çoxu heç vaxt həyata keçməyəcək. Zərərləri azaltmaq üçün dayana bilmək nə qədər cəsarət tələb edirsə, hər şeyini nə vaxt ortaya qoyacağını bilmək də bir o qədər cəsarət tələb edir.

Uğur qazanmaq üçün rahatlıq zonanızdan çıxmalısınız

Sahibkarlığın bir hissəsi də bəzən sevmədiyiniz, hətta necə ediləcəyini bilmədiyiniz işləri görməkdir. Bu, bir liderin həyatındakı klassik dönüş nöqtəsidir. Bu sayədə şəxs sahibkar kimi özünü inkişaf etdirməli olduğunu dərk edir.

Bəzi liderlər bu çətin dövrü aşa bilmir, çünki bütün cavabların onlarda olmamasını qəbul etmək istəmirlər. Amma əgər bir lider kimi inkişafa hazırsınızsa, yalnız şəxsi tərəqqiniz üçün deyil, həm də layihəniz və komandanızın inkişafı üçün bu fürsətlərdən faydalana bilərsiniz. Sahibkarlar şəxsi qorxularını sonuna qədər zorlayaraq hər şeyi edə biləcək insanlardır.
Sahibkara yol göstərəcək bir təlimat kitabı yoxdur. Çünki çox şey təcrübə ilə öyrənilir. Amma geri baxanda anlayırsan ki, cəsarətli olmaq şirkətin uğuru üçün nə qədər vacibdir. 

Günay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Hansı ölkələrdə neçə yaşında pensiyaya çıxılır?

Hansı ölkələrdə neçə yaşında pensiyaya çıxılır?

Noutbuk alıcılarının sayının artması istehsalı 71%-dən çox yüksəldib

"YouTube" videoların ən maraqlı anlarında reklam göstərəcək

Bu taksi şirkəti 40 min cərimə edildi

Bu futbol klubu fəaliyyətini dayandıra bilər

Peşə məktəbləri kolleclərdən üstündür -Təhsil eksperti

Bankomatda unutduğu pulu oğurladılar

Ən yüksək marjaya məxsus məhsullar - SİYAHI

Son 5 ildə ictimai iaşə dövriyyəsi 588,9 milyon manat artıb - CƏDVƏL

“Zahid və Zakir”in külli miqdarda vergi borcu var

Azərbaycanda da çirkli pulları yuyan blogerlər var?

Azərbaycanda da çirkli pulları yuyan blogerlər var?

Vasif Talıbova məxsus şirkətlər ləğv edilir

“Xalq Bank” investisiya fəaliyyətinə başlayır

Azərbaycanda "Son zəng"in təmtəraqla keçirilməsi qadağan edilib - RƏSMİ

Mərkəzi Bank “Sənaye Bankı” və “Bank Avrasiya”ya icrası məcburi sərəncamlar verib

Azərbaycanda tibb bacıları nə qədər maaş alır?

Yeni sədr 31 yaşlı bankirə vəzifə verdi - FOTO

​Necə olur ki, yüksək maaş ayın ortası bitir?

Ən çox əməkhaqqı alan peşələr - CƏDVƏL

“Yapı Kredi Bank Azərbaycan”dan şikayətlər səngimir - Qırmızı zolaqda

Mobil operatorların gəlirləri açıqlandı

Aylıq 3000-4000 manat arası mənfəət vəd edən biznes satılır

Övladlar valideynlərini saxlamağa borcludurmu?

Marketlərdə “İstehlakçı hüquqlarını bil və tələb et!” kampaniyası

Marketlərdə “İstehlakçı hüquqlarını bil və tələb et!” kampaniyası

Biznesmen qadının bağçası haqqında QƏRAR qəbul edildi

Rəşad Cəfərov "Mozalan Studiyası"na direktor təyin edildi

Prezident Elnur Çıraqova vəzifə verdi

Azərbaycan əhalisinin sayı açıqlandı

Şəklimiz "Green card"da qalib gəlməyə təsir edir - Diqqət edilməli məqamlar

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin