BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
69533

Naxçıvanda Dövlət Sosial Müdafiə Fondunun bir neçə inzibati binası əsaslı təmir olunacaq.

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müxtəlif rayon və şəhərlərdə yerləşən Dövlət Sosial Müdafiə Fondunun və Sosial Xidmətlər Agentliyinin inzibati binalarının əsaslı təmiri üçün satınalma müqavilələri imzalanıb.

Valyuta.az xəbər verir ki, layihələrin icrası "Construction Business Group" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub.

Satınalmalar çərçivəsində aşağıdakı obyektlərin əsaslı təmiri nəzərdə tutulur:

Kəngərli rayonu, Qıvraq qəsəbəsi, Heydər Əliyev prospekti 9 ünvanı – Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin təmiri üçün 548.012 manat ayrılıb.

Ordubad şəhəri, Heydər Əliyev prospekti 28 ünvanı – Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin əsaslı təmiri üçün 595.816 manat nəzərdə tutulub.

Babək şəhəri, 20 Yanvar küçəsi 37 ünvanı – Sosial Xidmətlər Agentliyinin rayon sektorunun inzibati binasının əsaslı təmiri üçün 589.802 manat məbləğində satınalma həyata keçirilib.

Sədərək rayonu, Heydərabad qəsəbəsi, 3-cü küçə 3 ünvanı – Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin binasının əsaslı təmiri üçün 358.933 manat ayrılıb.

Sədərək rayonu, Heydərabad qəsəbəsi, 3-cü küçə 3 ünvanı  – Sosial Xidmətlər Agentliyinin rayon sektorunun inzibati binasının əsaslı təmiri üçün 263.868 manat ayrılıb.

Qeyd edək ki, şirkət daha əvvəl Naxçıvan Dövlət Universitetinin 1.940.448 manatlıq, 520.000 manatlıq, Naxçıvan MR Daxili İşlər Nazirliyinin 149.989 manatlıq, 99.999 manatlıq, Naxçıvan MR Ali Məhkəməsinin 130.654 manatlıq tenderlərinin də qalibi olub. 

Şirkət 100 manat nizamnamə kapitalı ilə təsis edilib. Sonradan nizamnamə kapitalı artırılaraq 1120 manata çatdırılıb. MMC-nin qanuni təmsilçisi Elmir Babayevdir. 

Onun haqqında açıq mənblərdə heç bir məlumat yoxdur. Bəzi məlumatlara görə, Elmir Babayev də bundan əvvəl "Akkord” işləyib. O, şirkətin Biznes İnkişaf Şöbəsinin müdiri olub. Onunla şirkət arasında mübahisə yarandığına görə oradan uzaqlaşıb. Hətta "Akkord”un onu məhkəməyə verdiyi barədə iddialar da var. Bu barədə yerli mediada məlumat gedib.

Maya Hüseynova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Xaricdən alınan mərci marketlərdə baha satılır - Qiymətlər

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Sabahın hava proqnozu

Onlayn kredit götürərkən bunlara diqqət edin

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin