BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
69526

Malta daha investisiya müqabilində pasport verə bilməyəcək.

Bu barədə Avropa Məhkəməsi qərar verib.

Qərarda qeyd olunur ki, "qızıl pasportlar"ın verilməsi mahiyyətcə Avropa vətəndaşlığının əldə edilməsini sadə kommersiya əməliyyatına qədər endirir. Yəni pul ödəyib pasport almaq olur.

Avropa Komissiyası Malta hökumətinin illərdir ki, gerçəkləşdirdiyi proqramda korrupsiya risklərini görərək, proqramın ləğv olunmasını tələb edib.

"Financial Times"ın xəbərinə görə, Avropa Məhkəməsi Maltanın "qızıl pasportlar" vermək sxeminin Avropa qanunlarını pozduğuna qərar verib və ölkəyə bu təcrübədən əl çəkməyi əmr edib.

"Üzv dövlət əvvəlcədən müəyyən edilmiş ödənişlər və ya sərmayələr müqabilində vətəndaşlıq və əslində Avropa vətəndaşlığı verə bilməz, çünki bu, vətəndaşlığın əldə edilməsini sadəcə kommersiya əməliyyatına çevirmək deməkdir", - məhkəmə bildirib.

2023-cü ildə Avropa Komissiyası Maltanın investisiya üçün vətəndaşlıq proqramı ilə bağlı məhkəməyə müraciət etdi. Brüssel hesab edirdi ki, pasportların satışı üzv ölkələr arasında qarşılıqlı etimada əsaslanan "Avropa İttifaqı vətəndaşlığının mahiyyətini" sarsıdır.

Malta vətəndaşlığını əldə edən insanlar istənilən Avropa İttifaqı ölkəsində yaşamaq və işləmək, həmçinin Avropa seçkilərində səs vermək hüququ qazanırlar.

Brüsselin təzyiqi ilə Bolqarıstan və Kipr daha əvvəl "qızıl pasport" proqramlarını ləğv etmişdilər. Malta isə vətəndaşlığın bir ildən üç ilədək rezident statusundan sonra əldə oluna biləcəyini bildirərək, yalnız şərtləri sərtləşdirməyə qərar verdi.

Avropa İttifaqı rəsmiləri hesab edir ki, bu cür sxemlər korrupsiya, çirkli pulların yuyulması və vergidən yayınma riskləri yaradır.

Malta 2019-cu ildə "qızıl pasport" almış 3 min xarici ölkə vətəndaşının adlarını açıqlamışdı. Siyahıda əsasən postsovet məkanından olanlar üstünlük təşkil edirdi. Buna kimi Malta hökuməti sərmayə müqabilində vətəndaşlıq verdiyi şəxslərin adlarını məxfi saxlayırdı.

2019-cu ildə Malta vətəndaşlığı alan məşhur oliqarxlardan biri də "Forbes"ın milyarderlər siyahısında yer alan "Texnonikol"un yaradıcısı Sergey Kolesnikovdur.

Varlı ruslar arasında Malta pasportuna sahib olanlardan Adriana Melnikova, Sergey Boqdançikov, Vedernikov, Anton Strekalov, Andrey Zinovyev və gürcü Georgi Çumburidzenin adları vardı.

Siyahıda "qızıl pasport" alanlar arasında həmvətənlərimiz də vardı. Maltanın "qızıl pasportu"na sahib azərbaycanlılar sırasında Ayxan Məmmədbəyli, Bəylər Məmmədov vardı. Sonradan açıqlanan siyahılarda da azərbaycanlıların adına rast gəlinirdi.

Qeyd edək ki, Malta öz pasportunu əcnəbilərə müəyyən şərtlərlə verir. Belə ki, Malta vətəndaşı olmaq istəyənlər əvəlcə həmin ölkənin Milli İnvestisiya Fonduna 650 min avro vəsait köçürməli, iqtisadiyyatına isə 150 min avro sərmayə yatırmalıdır.

Bununla yanaşı, Malta pasportunu daşımaq üçün 350 min avro da əmlaka xərclənməli, yaxud ildə 16 min avro pul verib, 5 illik kirayə müqaviləsi imzalanmalıdır. 2020-ci ilin oktyabrından sonra isə Malta vətəndaşlığını rezident formasında 1 ildən 3 ilə kimi verilirdi və artıq "qızıl pasport"a sahib olmağa çalışanlar dərin hüquqi yoxlamalara da məruz qalırdılar.  Malta vətəndaşı olmaq üçün 2,5 milyon manata qədər pul xərcləmək lazım gəlirdi.

Malta 2014-cü ilin yanvarından vətəndaşlığın satışına başlayıb. "İnvestisiya əvəzində Malta vətəndaşlığı" proqramını hökumət 2013-cü ilin noyabrında qəbul edib və Avropa Komissiyası da onu təsdiqləyib. Proqrama görə, Malta (eləcə də bu ölkənin 2004-cü ildən üzv olduğu Avropa Birliyi) vətəndaşlığını 650 min avro ödəməklə almaq olar. Bu məbləğin 70 faizi Maltanın Milli İnkişaf və Sosial Siyasət Fonduna, qalanı isə birbaşa dövlət büdcəsinə gedir.

O zaman bir ildə ölkənin dövlət büdcəsinə 500 milyonluq gəlir gəldiyi qeyd olunurdu.

Xatırladaq ki, Azərbaycan vətəndaşlarının ikili vətəndaşlığı qadağan edilib. "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanunun 10-cu maddəsində ikili vətəndaşlıqla bağlı məsələyə konkret yanaşma əks olunub.

Belə ki, Azərbaycan vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin - dövlətlərin vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, ölkəmizin beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Konstitusiyamızın 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.

10-cu maddənin ikinci hissəsinə görə, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı Xarici İşlər Nazirliyi (AR XİN) və Dövlət Miqrasiya Xidmətinə (AR DMX) 1 ay müddətində yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 

©musavat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Nyu-Yorkda süni intellektlə bağlı qanun qəbul edildi

Xaricdən alınan mərci marketlərdə baha satılır - Qiymətlər

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Sabahın hava proqnozu

Onlayn kredit götürərkən bunlara diqqət edin

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin