BAKU Azərbaycan
16.63°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
69520

Müasir texnologiyanın sürətli inkişafı və bank sektorunda rəqəmsallaşmanın genişlənməsi ilə gündəlik maliyyə əməliyyatlarımız daha rahat və əlçatan hala gəlib. Artıq bankların mobil tətbiqləri vasitəsilə evdən çıxmadan, bir neçə toxunuşla istənilən şəxsin bank kartına saniyələr içində pul göndərə bilirik. Bu imkan, vaxt və əmək sərfiyyatını əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, təcili hallarda da köməyə çatır. Lakin hər nə qədər sistemlər sürətli və effektiv olsa da, bəzən bir rəqəm səhvi ciddi maliyyə problemlərinə yol aça bilər. Bu gün kart nömrəsinin səhv yazılması nəticəsində pulun yanlış hesaba köçürülməsi halları az deyil.

Bəs səhvən başqasının kartına göndərilən pulu necə almaq olar? 
 
Valyuta.az xəbər verir ki, məsələ ilə bağlı "Moderator.az" saytına danışan bank sahəsi üzrə hüquqşünas Əkrəm Həsənov bildirib ki, vətəndaşlar bəzən texniki səbəblər və ya diqqətsizlik nəticəsində pul vəsaitini səhvən başqa bir şəxsin kart hesabına köçürə bilirlər. Bu zaman ilk atılmalı addım həmin şəxsin öz bankına müraciət etməsidir:

“Əgər köçürmə eyni bank daxilində baş veribsə, proses bir qədər sadələşir. Lakin əksər hallarda köçürmənin ünvanlandığı kart başqa bir bankda olur. Bu halda, vətəndaşın bankı həmin digər bankla əlaqə saxlayaraq məlumat ötürür və pulu qəbul edən müştəri ilə əlaqə yaradılır. Bank qarşı tərəfə bildirir ki, onun hesabına səhvən vəsait daxil olub və bu vəsaiti geri qaytarmaq lazımdır. Qarşı tərəf bu halda iki seçim qarşısında qalır: ya könüllü şəkildə pulu geri qaytarır, ya da imtina edir. Qaytarmağa razı olduğu halda belə, həmin bank bu əməliyyata görə müəyyən komissiya haqqı tuta bilər. Məsələn, əgər 100 manat köçürülübsə və bank 1 manat komissiya tutursa, köçürən şəxsə 99 manat geri qaytarılır. Əgər vəsaiti qəbul edən şəxs pulu qaytarmaqdan imtina edərsə, bu zaman vətəndaş məhkəməyə müraciət etməlidir. Lakin burada hüquqi bir məqam da var: banklar məlumatların məxfiliyinə görə qarşı tərəfin – yəni pulu alan şəxsin adını və digər şəxsi məlumatlarını təqdim etmirlər. Bu səbəbdən vətəndaş, ilkin olaraq hansı bankın kartına pul köçürdüyünü bildiyi üçün məhkəmədə həmin bankı cavabdeh qismində göstərməlidir. Məhkəmənin qərarı ilə bank müştərinin (yəni pulu səhvən alan şəxsin) kimliyini açıqlamalı olur və həmin şəxs məhkəmə prosesinə cəlb edilir. Əgər qarşı tərəf məhkəmədə pulu haqlı şəkildə aldığını sübut edə bilməzsə, bu zaman məhkəmə qərarı ilə pul vəsaiti geri qaytarılır”.

Qeyd edək ki, onlayn pul köçürmələri edərkən qarşı tərəfdən aldığınız kartın 16 rəqəmli nömrəsinin düzgünlüyünə diqqət etmək lazımdır. Əməliyyatı ödəniş terminalları vasitəsilə həyata keçirirsizsə, bu zaman 16 rəqəmlə yanaşı, pul göndərdiyiniz şəxsin ad və soyadının ilk hərflərinə də diqqət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

2 milyon manata bağça satılır

Bu ölkə Azərbaycana 15 manatdan mixək satıb

Azərbaycanda taksi istifadəçilərinin sayı bir az da azaldı

Qara dənizdə sərvət tapıldı - Ərdoğan elan etdi

Bakıda 4 aya 400 maşın satan çinli qız

Bakıda 4 aya 400 maşın satan çinli qız

Türkiyənin tanınmış geoloqu Celal Şengörün həbsi istənilir

Sahibkarlar üçün nə edilməlidir? Onlayn alış-veriş onların gününü qaraldıb

Elçin Quliyev generalı vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

TƏBİB-dən stomatoloqlarla bağlı qəribə tələb: "Otağı təmir et, hər ay 1200 manat icarə haqqı ödə!"

Mayın 20-də Bakıda “International HR Summit 2025” keçiriləcək

Ədalət Partiyasına yeni SƏDR SEÇİLDİ

Yüksəlişin finalçısı "Ziraat Bank"da rəhbər vəzifəyə təyin olundu

Yüksəlişin finalçısı "Ziraat Bank"da rəhbər vəzifəyə təyin olundu

Mübahisəli cərimələr zamanı - Nə etməli?

Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı- Narazı qaldı

TEMU-ya xəbərdarlıq edildi

ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb

ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb

"Son zəng"lə bağlı məktəblərə təlimat GÖNDƏRİLİB

Restorandakı nahar onlara 100 min dollar qazandırdı

Dövlət qulluqçularının reyestri aparılacaq

3 trilyon dollarlıq səfər - ABŞ böyük qazanc əldə etdi

Bazar gününün hava proqnozu

“Bununla heç bir alim ailə dolandıra bilməz” - Maaşını açıqladı

“Bununla heç bir alim ailə dolandıra bilməz” - Maaşını açıqladı

Vəfa Musayeva Everesti fəth edən ilk azərbaycanlı qadın oldu

Bank kartlarından 20 min manatlıq oğurlandı

Mərkəzi Bank 205 minə xidməti avtomobil alır

Formula-1-in ən çox qazanan pilotu BƏLLİ OLDU

Papa XIV Leonun uşaqlığının keçdiyi ev hərraca çıxarılıb

Aygün Səmədzadə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub

Bakıda 50 minə yaxın şagird monitorinqə cəlb olunacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin