
29.04.2025 / 14:24
"Premium Bank”ın sabiq filial müdiri məhkəmə zalında həbs edildi
69514
"Premium Bank” ASC-nin sabiq filial müdiri Nəzakət Məmmədxanova həbs olunub.
Valyuta.az qafqazinfo-ya istinadla xəbər verir ki, o, bankdan 461 min manat mənimsəməkdə təqsirli bilinib.
Onunla birgə bankın baş xəzinədarı da eyni ittihamla mühakimə edilib. Təqsirləndirilən xanımlar ikisi də azadlıqda idi.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Hökmə əsasən, Nəzakət Məmmədxanova 7 il müddətə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilərək təcridxanaya göndərilib.
Samirə Əliyevaya isə şərti cəza verilib.
Qeyd edək ki, cinayət hadisəsi "Premium Bank”ın 5 saylı filialında baş verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay