
Dördüncü nəsil "Nissan Pathfinder"in 5 çatışmazlığı açıqlandı
"Za rulyom" jurnalının avtomobil eksperti Aleksandr Vinogradov "Nissan Pathfinder" krossoverinin dördüncü nəsil modelində mövcud olan əsas çatışmazlıqları sadalayıb.
Valyuta.az xəbər veror ki, ekspertin sözlərinə görə, bazarda təklif olunan demək olar bütün "Pathfinder"lər 249 at gücünə malik benzinli V6 mühərriki ilə təchiz olunub. Bu mühərrikin etibarlılığına irad yoxdur. Lakin onunla birgə çalışan variator ötürücü uzun sürən sürüşmələrdən (probuşkadan) və krossoverin çətin relyefli yollara çıxarılmasından "xoşlanmır".
Ekspert həmçinin bildirib ki, avtomobilin asqı hissəsi də uzunömürlü deyil. Stabilizator dayaqları, təkər podşipnikləri və ön dayaqlar 100 min kilometr yürüşdən sonra adətən sıradan çıxır. Əyləc disklərinin istismar müddəti isə bundan da azdır.
Korroziyaya qarşı müdafiə nisbətən qənaətbəxş hesab olunsa da, ön şüşənin yuxarı kənarında paslanma izləri yarana bilər. Salonun üzlük materiallarının davamlılığı da qaneedici deyil. Sükan və oturacaqlardakı dəri örtük tez bir zamanda aşınır və köhnəlir.
Bir müddət əvvəl ekspert Sergey Zinovyev də "Hyundai Tucson"un üçüncü nəsil modelinin istismar xüsusiyyətləri ilə bağlı rəylərini bölüşmüşdü. Onun sözlərinə görə, bu modelin turbomühərrik və robot ötürücülü versiyaları daha problemli olur və bazarda baha qiymətə təklif edilir. Zinovyev atmosfer mühərrikli G4NA 2.0 (150 a.g.) versiyanı mexaniki və ya avtomat ötürücü ilə birgə seçməyi tövsiyə edib. Bu konfiqurasiyanın 250 min kilometrdən artıq məsafəni ciddi nasazlıqlar olmadan qət edə biləcəyi vurğulanıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay