BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
69496

Süni intellekt artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. İstər işə qəbul prosesində, istərsə də iş fəaliyyətində bir çox sahədə ona müraciət edirik. Yazı işlərində də süni intellektdən istifadə geniş yayılıb. İnsanlar daha maraqlı və risksiz mətnlər hazırlamaq üçün ona üz tutur. Bu yanaşma xüsusilə motivasiya məktublarının hazırlanmasında özünü göstərir. Bəs motivasiya məktubunu süni intellektə yazdırmaq nə dərəcədə doğrudur?

Nitq təlimçisi Nuranə Abıyeva Valyuta.az-a açıqlamasında bildirdi ki, motivasiya məktubu öz təqdimatımızın yazılı formada qarşı tərəfə ötürülməsidir və burada səmimiyyət hiss olunmalıdır: “Yazılı nitqin əsas və çətin tərəfi hiss və duyğularımızı qarşı tərəfə ötürməkdir. Şəxsi yazışmada isə indiki dövr üçün dəbdə olan stikerlərlə, emojilərlə hiss və duyğularımızı ifadə edə bilirik. Amma motivasiya məktubunda bunlar mümkün deyil, burada maksimum dərəcədə hiss və emosiyalarımızı, iş görmə eşqimizi sadəcə olaraq beynimizdəki söz və fikirlərlə ifadə etməliyik”.

N.Abıyevanın sözlərinə görə, bəzi şəxslər motivasiya məktubu yaza bilmirlər və başqalarına yazdırırlar. Bu zaman belə, məktubu yazan şəxsə öz hiss və emosiyalarınızı bildirməyinizi məsləhət görür: “Mən həmişə məsləhət görürəm ki, motivasiya məktubunda qeyd etmək istədiyiniz cümlələri siz qarşı tərəfə bildirin. Daxilinizdə yaşatdığınız duyğu və hiss sizin içinizdədir, yəni yazan şəxsin nə qədər geniş söz ehtiyatı olsa da, sizin verdiyiniz duyğunu motivasiya məktubunu yazan çatdıra bilməyəcək”.

Motivasiya məktubu hər yerdə eyni cümlələrlə ola bilməz

Nitq təlimçisi bildirdi ki, motivasiya məktubunun yazılmasında əsas qaydalar var: ”Özünü təqdimat, giriş hissə, işə və.s olan istəyin qeyd edilməsi və sağollaşma. Motivasiya məktubunda hara müraciət edirəmsə, özümü göstərmək istədiyim mövqe nədirsə,  təqdimatım da o mövqedən olmalıdır. Burada müraciət olunan yerə görə mütləq dəyişmə olacaq. Müraciət etdiyim yerə görə səbəb, məqsəd və gözlənti hissəsi önəmli rol oynayacaq. İndiki dövrdə Chatgpt bizim əlimizdən tutur. Fikri tapa bilməyəndə, beynimiz duranda müraciət edə bilirik. Burada balansı qorumaq vacibdir, asılı olduqca, beyin öz yerinə işləməkdə çətinlik çəkir. Onsuz da süni intellekt vacib danışıqlarımızı bizim qədər verə bilmir. Unutmayaq ki, motivasiya məktubunu istəyənin də süni intellekt proqramı var və o, məktubu süni intellektə qarşılaşdıracaq. Əgər köçürmə olduğu aydın olsa, düşünəcək ki, sən bu məktubu ürəkdən yazmamısan, məqsədində ciddi deyilsən. Süni intellekt vasitəçi ola bilər, amma bizim işimiz, hədəfimizin, məqsədimizin əsası olmamalıdır”.

HR Hunter şirkətinin təsisçisi, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə isə deyir ki, Azərbaycanda real işə qəbulda motivasiya məktubu ikinci dərəcəli nüansdır: “Əsas məsələ CV və içindəki məlumatlardır. Bəli, biz süni intellektdən istifadə etməliyik, amma bunu dərəcəsiz etmək qarşı tərəfdə adından göründüyü kimi sünilik yaradacaq. Süni intellektdən istifadə etmək olar, amma onu öz sözlərimizlə əvəz edərək daha peşəkar hala gətirməliyik və özümüzə uyğunlaşdırmalıyıq”.

Süni intellekt işinizi asanlaşdırarkən, işinizdən də edə bilər

İ.Mirzəzadə deyir ki, süni intellekt məktub yaza bilər, amma onun yazdıqları xarici iş profilinə uyğun ola bilər: “Ola bilsin ki, hazırlanan məktubun buradakı işlə hər hansı əlaqəsi olmasın. Süni intellektin harada və necə istifadə ediləcəyinə fikir vermək lazımdır. Məsələn, əgər xaricdə təhsil üçün motivasiya məktubu yazılırsa, bu, mütləq şəkildə peşəkar səviyyədə hazırlanmalıdır, süni intellektdən çox cüzi, sadəcə yol göstərmək üçün istifadə etmək olar. Unutmayaq ki, süni intellekti yoxlayan xüsusi alətlər var. Məktubun süni intellekt vasitəsi ilə yazıldığı təsbit edilsə, həmin şəxsin motivasiya məktubunu qəbul etməmə şansları kifayət qədərdir. Hətta xaricdə ev tapşırıqlarının, digər yazıların süni intellektlə yazılmamasına çox diqqət edirlər. Süni intellektdən sadəcə istiqamət göstərmək üçün istifadə etmək daha məqsədə uyğundur”.

Sərvanə Rəmixanova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrandan 59 qəpiyə aldığımız məhsulu Səudiyyə Ərəbistanına 48 manata satmışıq

Günün hansı saatında daha məhsuldarsınız?

Dünyada hansı ölkənin sakinləri ən az işləyir?

Kərə yağının qiymətində kəskin artım var: "Baha alıb, baha da satırlar"

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

"WhatsApp"ın Android versiyasına "iPhone" istifadəçilərinin sevdiyi xüsusiyyət gəlir

78 milyard dollar dəyərində nəhəng qızıl yatağı tapıldı

Dünyada nə qədər qızıl var? - Alimlər rəqəmləri açıqladı

Naxçıvanda bir sıra obyektlərin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB

Nyu-Yorkda süni intellektlə bağlı qanun qəbul edildi

Xaricdən alınan mərci marketlərdə baha satılır - Qiymətlər

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Sabahın hava proqnozu

Onlayn kredit götürərkən bunlara diqqət edin

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin