
Bu sığorta sinifləri üzrə 2,7 milyon manatlıq yığım var, ödəniş isə sıfır
Yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən bəzi sığorta sinifləri üzrə sığorta haqqı toplansa da, heç bir ödəniş olunmayıb.
Valyuta.az xəbər verir ki, toplanan sığorta haqqının həcmi 2 milyon 718 min manat olub.
Sığorta haqqı toplanan, amma heç bir ödəniş olmayan sığorta sinifləri aşağıdakı kimidir:
Su nəqliyyat vasitələrinin sığortası: 200 min manat
Dəmiryol nəqliyyat vasitələrinin sığortası: 22 min manat
İşçilərin dələduzluğu sığortası: 86 min manat
İşəgötürənin məsuliyyət sığortası: 125 min manat
Yük daşıyanın mülki məsuliyyətinin sığortası: 3 min manat
Su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası: 2 milyon 117 min manat
Mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası: 150 min manat
İşin dayanması ilə bağlı risklərdən sığorta: 1000 manat
Digər icbari sığorta növləri: 14 min manat
Ümumilikdə isə bu ilin ilk üç ayında sığorta şirkətləri tərəfindən 399 milyon 83 min manat sığorta haqqı toplanıb.
Sığorta ödənişlərinin həcmi isə 164 milyon 29 min manat olub.
Maya Hüseynova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay