
28.04.2025 / 17:15
General-leytenantın yerinə o gəldi - Heydərovdan daha bir yüksək TƏYİNAT
69458
Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi olub.
Valyuta.az Manset.az-a istinadən xəbər verir ki, Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Mülki Müdafiə Qoşunlarının "N" saylı hərbi hissəsinin alay komandiri, polkovnik Xaliq Hüseynov Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
O, buna qədər həm də rəis vəzifəsini müvəqqəti icra edib.
Qeyd edək ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin əvvəlki rəisi general-leytenant Etibar İsmayılov bir müddət əvvəl təqaüdə göndərilib. Ötən gün isə polkovnik İntiqam Axundlu Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin 1-ci müavini-qərargah rəisi vəzifəsinə təyin edilmişdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay