
Dil öyrənmək asanlaşır - Yeni startap təqdim edildi
Süni intellekt texnologiyaları xarici dil öyrənmək istəyənlər üçün yeni imkanlar açır. Bu istiqamətdə yaradılan “NovaLingua” platforması IELTS, TOEFL, TestDaF və digər beynəlxalq dil imtahanlarına hazırlaşanlar üçün nəzərdə tutulub.
Valyuta.az xəbər verir ki, Şahmar Ağayev, Tofiq Rəhimov və Murad Məsimov tərəfindən ərsəyə gətirilən “NovaLingua” istifadəçilərə simulyasiya imtahanlarında iştirak etmək, cavablarını süni intellekt vasitəsilə avtomatik qiymətləndirmək və fərdi geridönüş əldə etmək imkanı yaradır.
Platforma həm tələbələrin, həm də müəllimlərin vaxt və resurslarına qənaət etməyə imkan verir. Müəllimlər artıq saatlarla qiymətləndirmə aparmaq əvəzinə, bir neçə saniyədə tələbələrin zəif tərəflərini müəyyən edə və dərsləri ona uyğun planlaya biləcəklər. Tələbələr isə istənilən vaxt və məkanda imtahan simulyasiyalarını işləyə və nəticələri dərhal görə biləcəklər.
“NovaLingua”nın əsas üstünlüklərindən biri yüksək dəqiqliklə işləyən avtomatik qiymətləndirmə sistemidir. Digər platformalardan fərqli olaraq, burada həm danışıq, həm də yazı bölmələri analiz olunur və istifadəçinin zəif tərəflərinə uyğun əlavə materiallar təqdim edilir. Platforma daxilində müəllimlər üçün xüsusi nəzarət paneli də yaradılıb.
Hazırda ingilis dili üzrə xidmət göstərən platformaya gələcəkdə fransız, alman, ispan və digər dillər üzrə modulların əlavə olunması planlaşdırılır. Bundan başqa, müəyyən sertifikatlı proqramların inteqrasiyası ilə platformanın funksionallığı da genişləndiriləcək.
“NovaLingua” vebsayt versiyası ilə yanaşı, IOS və Android əməliyyat sistemləri vasitəsilə də əlçatan olub. Heç bir marketinq kampaniyası aparılmadan platforma indiyədək minə yaxın istifadəçi qazana bilib.
Komanda üzvlərinin bildirdiyinə görə, əldə edilən "startap" şəhadətnaməsi sayəsində 3 il müddətinə vergi güzəştlərindən yararlanacaqlar və qənaət edilən məbləği texnologiyanın inkişafına və komandanın genişləndirilməsinə yönəltməyi planlaşdırırlar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay