
27.04.2025 / 20:30
İran Prezidenti sabah Azərbaycana səfər edəcək
69380
İran Prezidenti Məsud Pezeşkian sabah Azərbaycana səfər edəcək.
Valyuta.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Agentlik qeyd edib ki, səfər ikitərəfli əməkdaşlığı və dostluq əlaqələrini gücləndirmək niyyəti daşıyır.
Nəşrə görə, İran regional gərginliyi azaltmaqla Culfa-Naxçıvan dəmir yolunu yenidən canlandıra, Bakı ilə İrəvan arasında etimadın yaranmasına kömək edə bilər.
Bununla yanaşı, transsərhəd bazarların inkişafı, regional təşkilatlarda əməkdaşlıq və Xəzər dənizinin hüquqi rejimi kimi strateji məsələlər üzrə dialoq münasibətlərin möhkəmlənməsi üçün əsasdır.
Mənbə: Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.