
27.04.2025 / 18:59
Şanslı günü olduğunu düşündü, lotereya aldı - Yarım milyon qazandı
69376
ABŞ-da bir adam bank kartını itirdikdən sonra təxminən yarım milyon dollar zənginləşib.
Valyuta.az Lent.az-a istinadla bildirir ki, Vaşinqton ştatının Merisvill şəhərində yaşayan bir şəxs mağazadan ərzaq alıb evə qayıtdıqdan sonra, az əvvəl alış-veriş zamanı istifadə etdiyi debet kartını itirdiyini görüb. O, dərhal mağazaya qayıdıb və əməkdaşların onun kartını tapdığını görərək, sevinib.
Kişi özünü şanslı hesab edərək dərhal bir neçə lotereya bileti almağa qərar verib. Bu biletlərdən biri qalib gəlib və ona 480 min dollar pul qazandırıb.
Şanslı adam bildirib ki, uduş pulu ilə uzun müddətdir arzuladığı Yaponiyaya gedəcək və ABŞ-ın şərq sahilləri boyunca tura çıxacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay