
27.04.2025 / 16:10
Bu ölkədən 1 ədəd qızılgülü 16 manata almışıq
69367
2025-ci ilin yanvar-fevral aylarında Azərbaycana ümumilikdə 2 530 ədəd peyvənd edilmiş və edilməmiş qızılgül idxal olunub.
Valyuta.az xəbər verir ki, ölkə bu güllərin idxalı üçün 7 380 ABŞ dolları xərc çəkib.
Məlumata görə, qızılgüllər əsasən İtaliya və Niderlanddan gətirilib. İtaliyadan 420 ədəd qızılgül idxal olunub və bunun üçün 4 110 dollar ödənilib. Beləliklə, İtaliyadan gətirilən bir qızılgülün qiyməti təxminən 9,79 dollar və ya 16 manat 64 qəpik olaraq hesablanıb.
Niderlanddan isə 2 110 ədəd qızılgül gətirilib və bu güllərə görə 3 270 dollar xərc çəkilib. Buradan alınan hər bir qızılgül isə orta hesabla 1,55 dollara təxminən 2 manat 64 qəpik başa gəlib.
Sərvanə Rəmixanova
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay