
Bu sığorta şirkəti çox yığıb, az ödəyib
Cari ilin ilk 3 ayında “Atəşgah Həyat” Sığorta Şirkəti ASC 27 milyon 625 min manat sığorta haqqı toplaya bilib.
Valyuta.az xəbər verir ki, bu ilin ilk 3 ayı üçün toplanan sığorta haqqı ötən ilin eyni dövrünə nisbətən 4 milyon 987 min manat və ya 22% artım olub.
Xatırladaq ki, ötən ilin yanvar-mart aylarında “Atəşgah Həyat” Sığorta Şirkəti ASC 22 milyon 638 min sığorta haqqı toplaya bilib.
Adı keçən şirkətin sığorta ödənişlərinə nəzər salsaq, bu ilin ilk 3 ayında bu ödənişlər 8 milyon 201 min manat təşkil edib. Ötən ilin eyni dövründə isə bu göstərici 7 milyon 248 min manat təşkil edib. Alınan rəqəmlər onu deməyə əsas ver ki, “Atəşgah Həyat” Sığorta ASC -nin sığorta ödənişləri 953 min manat və ya 13,14% artıb.
Beləliklə, bu ilin ilk 3 ayında şirkətin sığorta haqları artsa da, ümumi yığıma nisbətən ödəniş yükü azalıb. Şirkət bu ilin yanvar-mart aylarında hər 100 manatdan 29 manat 68 qəpiyi sığorta ödənişinə yönəldib. Ötən ili eyni dövründə isə bu rəqəm 32 manat hesablanıb. Yəni, bu ilin ilk 3 ayında illik müqayisədə 2 manat 32 qəpik az ödəniş edib.
Bu isə o deməyə əsas verir ki, “Atəşgah Həyat” 2025-ci ilin ilk 3 ayında toplanan haqların daha az hissəsini ödənişə yönəldib – ötən illə müqayisədə hər 100 manata düşən ödəniş 2 manat 32 qəpik azalıb.
Qeyd edək ki, bu şirkət cari ilin yanvar-mart aylarında sığorta şirkətləri arasında toplanan sığorta haqları üzrə üçüncü, sığorta ödənişləri üzrə isə dördüncü yerdə qərarlaşıb.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay