BAKU Azərbaycan
19.35°C
  • USD
    1.7
  • EUR
    1.8896
  • RUB
    2.0988
  • TRY
    0.0438
  • GBP
    2.2441
69314

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevə yeni vəzifə verilib.

Valyuta.az xəbər verir ki, müvafiq sərəncam Prezident İlham Əliyev tərəfindən imzalanıb.

Sərəncama əsasən, Anar Quliyev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) milli koordinatoru təyin edilib.

Ona Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq işlərinin aparılması səlahiyyəti verilib.

Qeyd edək ki, Azərbaycanda şəhərsalma fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də və dövlətin sosial-iqtisadi siyasətində dayanıqlı inkişafın əsas strateji hədəflərindən biri kimi müəyyən olunmuşdur. Hazırda bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılır, şəhərsalma və urbanizasiya sahəsində müasir standartlar tətbiq edilməklə Bakıda və respublikanın digər şəhərlərində gerçəkləşdirilən layihələr ölkənin hərtərəfli inkişafında mühüm rol oynayır. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tamamilə dağıdılmış yüzlərlə kənd, qəsəbə və şəhərin yenidən qurulması prosesi planlı şəkildə sürətlə davam etdirilir.

Azərbaycanın müasir şəhərsalma təcrübəsi 2022–2023-cü illərdə keçirilən milli şəhərsalma forumlarında geniş nümayiş etdirilib. Regionda ilk dəfə təşkil edilən bu forumlar şəhərsalma ilə bağlı ən dolğun müzakirələrin aparıldığı bir platforma yaradıb.

Şəhərsalma sahəsində Azərbaycanın uğurlu fəaliyyəti layiqincə qiymətləndirilərək, irimiqyaslı qlobal tədbirlərdən hesab edilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərara alınıb. Azərbaycana hörmət və etimadın göstəricisi olan bu mötəbər tədbirin yüksək səviyyədə təşkili ölkənin inkişaf strategiyalarının və dayanıqlı şəhərsalma sahəsindəki nailiyyətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması işinə əhəmiyyətli töhfə verəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Aylıq 3000-4000 manat arası mənfəət vəd edən biznes satılır

Övladlar valideynlərini saxlamağa borcludurmu?

Marketlərdə “İstehlakçı hüquqlarını bil və tələb et!” kampaniyası

Marketlərdə “İstehlakçı hüquqlarını bil və tələb et!” kampaniyası

Biznesmen qadının bağçası haqqında QƏRAR qəbul edildi

Rəşad Cəfərov "Mozalan Studiyası"na direktor təyin edildi

Prezident Elnur Çıraqova vəzifə verdi

Azərbaycan əhalisinin sayı açıqlandı

Şəklimiz "Green card"da qalib gəlməyə təsir edir - Diqqət edilməli məqamlar

Universitetə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb

Bakının bu küçəsi tam bağlanır

Azərbaycanda yeni medal təsis edildi

AZIR indeksi yeni metodologiya əsasında hesablanacaq

Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı

Süni intellekt “TikTok” fotolarını videoya çevirəcək

Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib - Rəsmi

Azər Şirvanzadə həbs edildi - 300 minlik dələduzluq

Kassanın dolu olması hələ şirkətin qazanması demək deyil

Kassanın dolu olması hələ şirkətin qazanması demək deyil

Bu rayonda Gənclər Evi cərimələndi

Məhsulunuz üçün tədbir təşkil edin - Xidməti dirçəltməyin 17 yolu

“Peyk zavodu”nun direktoru dəyişdi

Kartlardan 18 min manat oğurlandı

Milyarder Uorren Baffet qocalıq əlamətlərindən şikayətlənir

Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub

Baş həkim olmaq arzusu ona baha başa gəldi...

“Səba” külli miqdarda borc içində - Rəhbəri dəyişdi

“Səba” külli miqdarda borc içində - Rəhbəri dəyişdi

Azərbaycanda mənzil tikintisi ZƏİFLƏYİR - SƏBƏBLƏR

2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək (VİDEO)

Azərbaycan nefti bahalaşıb

Şagirdlər üçün yay düşərgələrinin qiymətləri AÇIQLANDI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin