BAKU Azərbaycan
16.63°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
69290

Bu gün bir çox insanın ideyası var. Bəzi şəxslərin yeni fikirləri olsa da, onları paylaşmaqdan çəkinir, ideyalarının oğurlanmasından qorxur. Ümumiyyətlə, bizim ideyalarımız oğurlana bilərmi? 

Mövzu ilə bağlı Valyuta.az-a danışan “Mediamark” Rəqəmsal Agentliyinin təsisçisi Orxan Rzayev bildirib ki, bugünkü dövrdə tapılması ən asan şey ideyadır:

"Süni intellekt texnologiyaları, o cümlədən "Chatgpt" və digər platformalar istənilən mövzuda dərhal ideya təqdim edə bilir. Artıq ideya nadir resurs deyil, demək olar ki, hər kəsin əlindədir.

Uğur isə ideyada deyil, onu həyata keçirmək bacarığındadır. Başladığın prosesi davam etdirə bilmək, dəyişikliklərə sürətlə reaksiya vermək, sektordakı yeniliklərə uyğunlaşmaq, düzgün marketinq və PR strategiyası qurmaq, məhsulu və ya xidməti vaxtında bazara çıxarıb satmağa başlamaq və böyümək - bunlar uğurun əsas şərtləridir".

O.Rzayev qeyd edib ki, ideyanı heç kimlə bölüşmədikdə nə komanda qurmaq, nə investor tapmaq, nə də partnyorla işləmək mümkündür. 

"Bu halda da proses ümumiyyətlə başlamır. Real vəziyyətdə isə ideyanı kiminsə eşidib uğurla həyata keçirməsi nadir haldır. Çünki ideyanı ən yaxşı anlayan, onu yaşadan və inkişaf etdirə biləcək şəxs məhz sən özünsən.

Əgər həqiqətən dəyərli bir ideyan varsa və onun oğurlanmasından narahatsansa, onu əvvəlcə etibar etdiyin insanlarla, mentorlardan ibarət çevrə ilə bölüşə bilərsən. Amma unutma ki, sadəcə ideyanı qorumaqla yox, onu inkişaf etdirib həyata keçirməklə uğura çatmaq mümkündür".

"Əlbəttə, ideyaların oğurlanması riski həmişə olub, bundan sonra da olacaq. Bu, sahibkarlıq yolunun bir hissəsidir. Amma bu riskdən qorxub heç nə etməmək, daha böyük riskdir", - deyə o, vurğulayıb.

Maya Hüseynova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

2 milyon manata bağça satılır

Bu ölkə Azərbaycana 15 manatdan mixək satıb

Azərbaycanda taksi istifadəçilərinin sayı bir az da azaldı

Qara dənizdə sərvət tapıldı - Ərdoğan elan etdi

Bakıda 4 aya 400 maşın satan çinli qız

Bakıda 4 aya 400 maşın satan çinli qız

Türkiyənin tanınmış geoloqu Celal Şengörün həbsi istənilir

Sahibkarlar üçün nə edilməlidir? Onlayn alış-veriş onların gününü qaraldıb

Elçin Quliyev generalı vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

TƏBİB-dən stomatoloqlarla bağlı qəribə tələb: "Otağı təmir et, hər ay 1200 manat icarə haqqı ödə!"

Mayın 20-də Bakıda “International HR Summit 2025” keçiriləcək

Ədalət Partiyasına yeni SƏDR SEÇİLDİ

Yüksəlişin finalçısı "Ziraat Bank"da rəhbər vəzifəyə təyin olundu

Yüksəlişin finalçısı "Ziraat Bank"da rəhbər vəzifəyə təyin olundu

Mübahisəli cərimələr zamanı - Nə etməli?

Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı- Narazı qaldı

TEMU-ya xəbərdarlıq edildi

ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb

ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb

"Son zəng"lə bağlı məktəblərə təlimat GÖNDƏRİLİB

Restorandakı nahar onlara 100 min dollar qazandırdı

Dövlət qulluqçularının reyestri aparılacaq

3 trilyon dollarlıq səfər - ABŞ böyük qazanc əldə etdi

Bazar gününün hava proqnozu

“Bununla heç bir alim ailə dolandıra bilməz” - Maaşını açıqladı

“Bununla heç bir alim ailə dolandıra bilməz” - Maaşını açıqladı

Vəfa Musayeva Everesti fəth edən ilk azərbaycanlı qadın oldu

Bank kartlarından 20 min manatlıq oğurlandı

Mərkəzi Bank 205 minə xidməti avtomobil alır

Formula-1-in ən çox qazanan pilotu BƏLLİ OLDU

Papa XIV Leonun uşaqlığının keçdiyi ev hərraca çıxarılıb

Aygün Səmədzadə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub

Bakıda 50 minə yaxın şagird monitorinqə cəlb olunacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin