
23.04.2025 / 23:20
7 il sonra vəzifəsindən çıxarıldı
69179
Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Gəncə Regional Reklam İdarəsinin rəisi dəyişib.
Valyuta.az-ın məlumatına görə, Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Fərhad Adıgözəlovun müvafiq əmri ilə, Rüstəmov Saleh Polad oğlu Gəncə Regional Reklam İdarəsinin rəisi vəzifəsindən azad edilib.
Digər əmrlə, Kazımov Ramin Asim oğlu sözügedən idarənin rəisi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Saleh Rüstəmov 2018-ci ildən Gəncə Regional Reklam İdarəsinin rəisi vəzifəsində çalışıb.
Sabiq İsbəndərli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay