Redaktor
"DİM-in heç vaxt sabit kursu olmayıb, həmişə bunun bəlasını abituriyentlər çəkib" - AÇIQLAMA
Dövlət İmtahan Mərkəzi (DİM) blok imtahanı suallarını çətin salarsa, dövlətin plan yerləri dolmaya bilər. Bu fikri təhsil eksperti Ramin Nurəliyev səsləndirib.
Bəs digər ekspertlər bu barədə nə düşünür? Belə olduqda DİM vəziyyəti necə tənzimləməlidir?
Valyuta.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a danşan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, Azərbaycanda 2025-ci tədris ili üçün qəbul yerlərində artım var.
"DİM bu məsələlər üçün baryer ola bilməz. Azərbaycan keçmiş SSRİ məkanında ali təhsilli insanların sayına görə ən geridə qalmış ölkələrdən sayılır. Hər 100 nəfərə 17 nəfər ali təhsilli, diplomlu şəxs düşür. Azərbaycanda qəbul planının artırılması ilə bağlı respublika səviyyəsində təşəbbüslər var. Artıq son iki ildə yüksək bal toplayanların artması buna nümunədir. 250-dən yuxarı bal toplayan şagirdlərimiz var".
Müsahibimizin sözlərinə görə, DİM dövlət siyasətinin əleyhinə getməmək üçün məcburdur ki, qaydalarda müəyyən yumşaltmalar etsin.
"Əvvəlcədən deyib, abituriyentləri arxayın etmək istəmirəm. Çünki DİM-in heç vaxt sabit və stabil kursu olmayıb. Həmişə bunun bəlasını abituriyentlər çəkiblər. Ümid edək ki, DİM nəhayət ki, dövlət siyasətinin əleyhinə getməyəcək və sualları yalnız tədris müddətində tərtib olunan dərslərə uyğun salacaq. Biz buna ancaq ümid edə bilərik. Proqnoz verənləri başa düşmürəm. Proqnoz vermək mənim üçün çətindir. DİM heç vaxt sabit kurs aparmayıb, mövqeyi bəlli olmayıb", - deyə M.Məmmədli bildirdi.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərYeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?
07.12.2025Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?
07.12.2025Pendir istehsalında azalma
07.12.2025Vüqar Qurbanovdan yeni təyinat
07.12.2025"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi
07.12.2025"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır
07.12.2025Ən gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025