BAKU Azərbaycan
15.37°C
  • USD
    1.7
  • EUR
    1.9026
  • RUB
    2.1146
  • TRY
    0.0438
  • GBP
    2.2564
69164

ABŞ-ın Milli Reklam Departamenti (National Advertising Division, NAD) "Apple" şirkətinə öz süni intellekt funksiyaları - "Apple Intelligence"in "hal-hazırda əlçatandır" ifadəsi ilə reklam edilməsini dayandırmağı və ya dəyişdirməyi tövsiyə edib. Reklamların dəqiqliyinə nəzarət edən bu qurum reklam iddiaları ilə faktiki funksionallıq arasında uyğunsuzluq müəyyənləşdirib. 

Valyuta.az xəbər verir ki, bu barədə "The Verge" nəşri məlumat yayıb.

BBB National Programs qeyri-kommersiya təşkilatına daxil olan NAD bildirib ki, "hal-hazırda əlçatandır" ifadəsi istehlakçıları çaşdıra biləcək şəkildə təqdim olunub. Qurum hesab edir ki, bu ifadə, "iPhone 16"nın təqdimatı ilə birlikdə bəzi süni intellekt funksiyalarının – prioritet bildirişlər, "Genmoji", "Image Playground" və "ChatGPT" inteqrasiyası kimi – dərhal əlçatan olması mesajını verir. Halbuki müşayiət edən qeydin "kifayət qədər aydın, nəzərəçarpacaq olmadığı və əsas ifadədən çox uzaqda yerləşdiyi" bildirilib.

"Apple" şirkəti həqiqətən də ötən il "iPhone 16"nın təqdimatı zamanı mətn yazma alətləri və şəkillərdə obyektlərin silinməsi funksiyası kimi bəzi "Apple Intelligence" imkanlarını təqdim edib. Lakin digər vəd edilən Al funksiyalar yalnız proqram təminatının sonrakı yeniləmələrində əlavə olunub. NAD həmçinin vurğulayıb ki, "Apple" yenilənmiş "Siri" səsli köməkçisini də "hal-hazırda əlçatandır" başlığı altında təqdim edib, baxmayaraq ki, bu funksiya hələ geniş istifadəçi kütləsinə təqdim olunmayıb.

Arxiv məlumatlarına əsasən, "Apple" şirkəti bu ifadəni – "hal-hazırda əlçatandır" – özünün ABŞ-dakı rəsmi saytında "Apple Intelligence" səhifəsinin yuxarı hissəsindən mart ayının sonunda, yəqin ki, NAD-in sorğusundan sonra silib.

Şirkət iddialara cavab olaraq, reklam materiallarını və sayt məlumatlarını yenilədiyini və "funksiyaların statusu barədə adekvat məlumat verdiyini" bəyan edib. "Apple" həmçinin hələ istifadəyə verilməmiş yeni "Siri" versiyasını nümayiş etdirən "Daha fərdi Siri" adlı promorolik videosunun nümayişini də dayandırıb.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

10 manatlıq şirkətin yarım milyon manat vergi borcu üzə çıxdı

Tovuzda dövlət tenderlərini kimlər udur? – Şirkətlər və məbləğlər

Ağdamla bağlı 2,5 milyonluq tender ləğv edildi

Baffet təqaüdə çıxmazdan əvvəl məsləhət verdi: "Bu filmə baxın"

Baffet təqaüdə çıxmazdan əvvəl məsləhət verdi: "Bu filmə baxın"

Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaq

Hakerlər kriptovalyuta nəhəngindən 20 milyon dollar fidyə tələb etdi

​Qızıl bazarında saxta məhsullar satılır - İDDİA

Azərbaycana ət məhsullarının gətirilməsinə qadağa qoyuldu - Bu ölkələrdən

Azərbaycan Rusiyada "Halal Expo" sərgisində təmsil olunur

Dünyanın ən çox qazanan 10 idmançısı - SİYAHI

Naxçıvanda əhalinin sayı 1 ildə 2 min 204 nəfər artıb

Bu imtahanının nəticələri açıqlandı

Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı

Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı

Göytəpə şəhərinin Baş planı təsdiqlənib

Bu tibb işçiləri cərimələnəcək

Bu yolda hərəkət məhdudlaşdırılacaq

Bakıda 157 mənzil satışa çıxarıldı - Ödəniş 954 manatdan başlayır

Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı oldu

Borclularla bağlı yeni QAYDA

“5 000 manat maaş alıram, oradan nə qənaət edib maşın ala bilərəm?” - Səyyad Aran

PUB restoranı 1,450,000 manatla satışa çıxarılıb

İşsizlik səviyyəsinin aşağı olduğu 14 ölkə - SİYAHI

İşə qəbul zamanı bu 6 ifadəni işlətmək olmaz - Rekruiterdən vacib məsləhətlər

Azərbaycanda istiliyin verilmə vaxtı dəyişdirilir

Bank kartlarından oğurluğa görə şikayətlərə 24 saat ərzində baxılacaq

Bank kartlarından oğurluğa görə şikayətlərə 24 saat ərzində baxılacaq

Tramp Yaxın Şərq turunda ABŞ-a 12-13 trilyon dollarlıq sərmayə toplayıb

Azərbaycanlılar bu ölkədə 4 ayda 262 mənzil alıblar

Taksilərlə bağlı yeni tələblər - Dəyişikliklər var

"Formula 1" "Sea Breeze"dəki süni adada keçiriləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin