BAKU Azərbaycan
15.66°C
  • USD
    1.7
  • EUR
    1.9026
  • RUB
    2.1146
  • TRY
    0.0438
  • GBP
    2.2564
69160

Süni intellekt sahəsində aparıcı şirkətlərdən biri olan "OpenAI" "Google Chrome" brauzerini almaq imkanını nəzərdən keçirir. 

Valyuta.az "TechCrunch" portalına istinadən xəbər verir ki, bu barədə şirkətin nümayəndəsi ABŞ Ədliyyə Nazirliyi tərəfindən aparılan antiinhisar məhkəmə prosesində bildirib.

"OpenAI"nin "“ChatGPT" layihəsinin icraçı direktoru Nik Terli məhkəmə dinləmələri zamanı deyib ki, belə bir addım istifadəçilərə süni intellektlə tam inteqrasiya olunmuş yeni brauzer təcrübəsi təqdim etməyə imkan verəcək.

Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi "Google"un monopolist biznes təcrübələrinə qarşı hüquqi proses başladıb və tələblərdən biri də "Chrome" brauzerinin satışa çıxarılmasıdır.

Keçmişdə "OpenAI" şirkətinin öz brauzerini yaratmaq niyyəti olduğu dəfələrlə xəbər verilib. Hətta bu məqsədlə "Chrome"un sabiq tərtibatçıları Ben Gudjer və Darin Fişer kimi tanınmış mütəxəssislər də cəlb olunub. Lakin hazırda bu layihə ilə bağlı rəsmi detallı məlumat mövcud deyil.

2025-ci ilin mart ayına olan məlumata əsasən, "Google Chrome" kompüter və mobil cihaz bazarında 66,17% payla lider mövqedədir. Onu "Apple"ın "Safari"si (17,59%) və "Microsoft Edge" (5,18%) izləyir.

Əgər "OpenAI" doğrudan da "Chrome" brauzerini əldə edərsə, bu, süni intellekt texnologiyalarının gündəlik internet istifadəsinə daha dərin inteqrasiyası baxımından mühüm mərhələ olacaq. Lakin məsələ hələlik ehtimal səviyyəsindədir və "Google"un bu yöndə qərar verib-verməyəcəyi naməlumdur.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Tesla”nın satışları kəskin azalır - Tələb zəifliyi davam edir

10 manatlıq şirkətin yarım milyon manat vergi borcu üzə çıxdı

Tovuzda dövlət tenderlərini kimlər udur? – Şirkətlər və məbləğlər

Ağdamla bağlı 2,5 milyonluq tender ləğv edildi

Baffet təqaüdə çıxmazdan əvvəl məsləhət verdi: "Bu filmə baxın"

Baffet təqaüdə çıxmazdan əvvəl məsləhət verdi: "Bu filmə baxın"

Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaq

Hakerlər kriptovalyuta nəhəngindən 20 milyon dollar fidyə tələb etdi

​Qızıl bazarında saxta məhsullar satılır - İDDİA

Azərbaycana ət məhsullarının gətirilməsinə qadağa qoyuldu - Bu ölkələrdən

Azərbaycan Rusiyada "Halal Expo" sərgisində təmsil olunur

Dünyanın ən çox qazanan 10 idmançısı - SİYAHI

Naxçıvanda əhalinin sayı 1 ildə 2 min 204 nəfər artıb

Bu imtahanının nəticələri açıqlandı

Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı

Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı

Göytəpə şəhərinin Baş planı təsdiqlənib

Bu tibb işçiləri cərimələnəcək

Bu yolda hərəkət məhdudlaşdırılacaq

Bakıda 157 mənzil satışa çıxarıldı - Ödəniş 954 manatdan başlayır

Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı oldu

Borclularla bağlı yeni QAYDA

“5 000 manat maaş alıram, oradan nə qənaət edib maşın ala bilərəm?” - Səyyad Aran

PUB restoranı 1,450,000 manatla satışa çıxarılıb

İşsizlik səviyyəsinin aşağı olduğu 14 ölkə - SİYAHI

İşə qəbul zamanı bu 6 ifadəni işlətmək olmaz - Rekruiterdən vacib məsləhətlər

Azərbaycanda istiliyin verilmə vaxtı dəyişdirilir

Bank kartlarından oğurluğa görə şikayətlərə 24 saat ərzində baxılacaq

Bank kartlarından oğurluğa görə şikayətlərə 24 saat ərzində baxılacaq

Tramp Yaxın Şərq turunda ABŞ-a 12-13 trilyon dollarlıq sərmayə toplayıb

Azərbaycanlılar bu ölkədə 4 ayda 262 mənzil alıblar

Taksilərlə bağlı yeni tələblər - Dəyişikliklər var

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin