BAKU Azərbaycan
15.66°C
  • USD
    1.7
  • EUR
    1.9026
  • RUB
    2.1146
  • TRY
    0.0438
  • GBP
    2.2564
69140

Kosmosda zaman ölçümü nəzəri və tətbiqi fizika baxımından mühüm irəliləyişlərə yol açır. 

Valyuta.az xəbər verir ki, Avropa Kosmik Agentliyinin (ESA) Atomik Saatların Kosmik Birliyi (ACES) layihəsi sayəsində nisbilik qanunlarının mikrosəviyyədə təsirləri təhlil ediləcək və qlobal zaman sinxronizasiyası üçün yeni standartlar müəyyən oluna bilər.

ESA ACES layihəsini Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərməklə zaman ölçməsində dəqiqliyi yeni mərhələyə daşıyır. Bu inkişaf etmiş sistem müasir fizika nəzəriyyələrinin sərhədlərini yoxlamağı və kainatın fəaliyyəti barədə daha dərindən anlayış əldə etməyi qarşısına məqsəd qoyur.

ACES xüsusilə Albert Eynşteynin xüsusi və ümumi nisbilik nəzəriyyələrini kosmos mühitində təsdiqləməyi hədəfləyir. Xüsusi nisbilik, yüksək sürətlə hərəkət edən obyektin daxili saatının yavaşladığını, ümumi nisbilik isə güclü cazibə sahələrində zamanın daha ləng axdığını irəli sürür.

Beynəlxalq Kosmik Stansiya bu iki fiziki təsiri eyni vaxtda əhatə edən nadir nöqtələrdən biridir. Stansiya həm Yer səthindən uzaqdır, həm də yüksək sürətlə hərəkət edir, bu da zaman üzərində ziddiyyətli iki təsiri balanslaşdıraraq bənzərsiz ölçmə mühiti yaradır. Nəzəri baxımdan BKS-dəki atom saatlarının Yer üzərindəki saatlardan fərqli işləməsi gözlənilir.

Bu cür zaman fərqləri gündəlik həyatda hiss edilməyəcək qədər kiçik ola bilər, lakin atom saatları bu dəyişiklikləri yüksək dəqiqliklə qeydə almağa qadirdir. ACES layihəsi 30 ay ərzində məlumat toplayacaq və hər biri 25 gün davam edəcək ən azı 10 ölçmə sessiyası həyata keçirməyi planlaşdırır.

BKS-dəki saatlardan alınan məlumatlar, Yer üzərindəki istinad saatları ilə iki müxtəlif üsulla müqayisə ediləcək. Bu proses kosmosda zaman axını ilə Yer zamanının ən kiçik fərqlərini belə müəyyən etməyə imkan verəcək.

ACES təkcə fundamental fizika qanunlarını yoxlamaqla kifayətlənməyəcək, həm də geodeziya tətbiqləri və qlobal zaman sinxronizasiyası sistemlərində mühüm irəliləyişlər təmin edəcək.

Layihənin aparıcı alimi Luici Kaççapuoti qeyd edir ki, ACES zaman ölçümünə dair beynəlxalq standartları formalaşdıra bilər və Al saniyəsinin yenidən tərifində həlledici rol oynaya bilər.

ACES-in təqdim etdiyi yüksək dəqiqlik, zaman genişlənməsi nəzəriyyələrini daha dəqiq sınaqdan keçirməyə, fundamental fizika sabitlərinin zamanla dəyişib-dəyişmədiyini öyrənməyə, qaranlıq maddə kimi kainatın böyük sirrlərini araşdırmağa və Yer qabığının daxili quruluşunu daha yaxşı təhlil etməyə şərait yaradacaq.

ACES təkcə nəzəri fizika sahəsində deyil, eyni zamanda peyk sistemləri, planet tədqiqatları və kainatın əsas qanunlarının anlaşılması baxımından da böyük əhəmiyyət daşıyır. Bu layihə vasitəsilə zaman ölçümündə yeni bir standart formalaşa bilər, elmi ictimaiyyət kosmosda zamanın axını haqqında daha dəqiq biliklər əldə edə bilər və gələcək tədqiqatlar üçün daha möhkəm elmi əsaslar qurula bilər.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Tesla”nın satışları kəskin azalır - Tələb zəifliyi davam edir

10 manatlıq şirkətin yarım milyon manat vergi borcu üzə çıxdı

Tovuzda dövlət tenderlərini kimlər udur? – Şirkətlər və məbləğlər

Ağdamla bağlı 2,5 milyonluq tender ləğv edildi

Baffet təqaüdə çıxmazdan əvvəl məsləhət verdi: "Bu filmə baxın"

Baffet təqaüdə çıxmazdan əvvəl məsləhət verdi: "Bu filmə baxın"

Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaq

Hakerlər kriptovalyuta nəhəngindən 20 milyon dollar fidyə tələb etdi

​Qızıl bazarında saxta məhsullar satılır - İDDİA

Azərbaycana ət məhsullarının gətirilməsinə qadağa qoyuldu - Bu ölkələrdən

Azərbaycan Rusiyada "Halal Expo" sərgisində təmsil olunur

Dünyanın ən çox qazanan 10 idmançısı - SİYAHI

Naxçıvanda əhalinin sayı 1 ildə 2 min 204 nəfər artıb

Bu imtahanının nəticələri açıqlandı

Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı

Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı

Göytəpə şəhərinin Baş planı təsdiqlənib

Bu tibb işçiləri cərimələnəcək

Bu yolda hərəkət məhdudlaşdırılacaq

Bakıda 157 mənzil satışa çıxarıldı - Ödəniş 954 manatdan başlayır

Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı oldu

Borclularla bağlı yeni QAYDA

“5 000 manat maaş alıram, oradan nə qənaət edib maşın ala bilərəm?” - Səyyad Aran

PUB restoranı 1,450,000 manatla satışa çıxarılıb

İşsizlik səviyyəsinin aşağı olduğu 14 ölkə - SİYAHI

İşə qəbul zamanı bu 6 ifadəni işlətmək olmaz - Rekruiterdən vacib məsləhətlər

Azərbaycanda istiliyin verilmə vaxtı dəyişdirilir

Bank kartlarından oğurluğa görə şikayətlərə 24 saat ərzində baxılacaq

Bank kartlarından oğurluğa görə şikayətlərə 24 saat ərzində baxılacaq

Tramp Yaxın Şərq turunda ABŞ-a 12-13 trilyon dollarlıq sərmayə toplayıb

Azərbaycanlılar bu ölkədə 4 ayda 262 mənzil alıblar

Taksilərlə bağlı yeni tələblər - Dəyişikliklər var

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin