
Süni intellektlə iş müsahibəsinə hazırlaşdı, universitetdən qovuldu - İndi yaratdığı alətlə milyonlar qazanır
Kolumbiya Universitetindən qovulan tələbə süni intellektlə “hər şeydə köçürmək” imkanı yaradan “Cluely” adlı startap yaradıb.
Valyuta.az xəbər verir ki, 21 yaşlı Çunqin “Roy” Li bazar günü elan edib ki, o və komandası “Cluely” adlı startapı üçün “Abstract Ventures” və “Susa Ventures” fonlarından ümumilikdə 5,3 milyon dollar ilkin sərmayə cəlb edib.
Bu startap istifadəçilərə süni intellekt aləti vasitəsilə “hər şeydə köçürməyə” şərait yaradır. “Cluely” layihəsi Li-nin “X” platformasında paylaşdığı və sürətlə yayılan bir mövzu ilə gündəmə gəlib. Həmin paylaşımda o, proqramçıların iş müsahibələrində uğur qazanmaq üçün yaratdıqları alət səbəbilə Kolumbiya Universitetindən müvəqqəti olaraq uzaqlaşdırıldığını açıqlayıb. Bu alət əvvəllər “Interview Coder” adlanır və indi “Cluely”nin əsas funksiyalarından biri kimi təqdim olunur.
Məlumata görə, “Cluely” startapı istifadəçilərə imtahanlarda, satış zənglərində və iş müsahibələrində kömək edəcək süni intellekt alətini təqdim edir. Alət brauzerdə görünməyən gizli pəncərə vasitəsilə işləyir və nə müsahibəni aparan, nə də test götürən şəxs tərəfindən aşkar edilə bilmir.
Startapın CEO-su və həmtəsisçisi Roy Li bu ayın əvvəlində “TechCrunch”a bildirib ki, “Cluely”nin illik təkrarlanan gəliri (ARR) artıq 3 milyon dolları keçib. Digər həmtəsisçi, yenə 21 yaşlı Nil Şanmugam da Kolumbiyada oxuyarkən layihəyə görə intizam tədbirləri ilə üzləşib. Hər iki tələbə universitetdən ayrılıb. Kolumbiya Universiteti şəxsi məlumatların qorunması səbəbilə şərh verməkdən imtina edib.
“Cluely” ilkin olaraq proqramçılara “LeetCode” platformasındakı suallara köçürmək üçün nəzərdə tutulub. Li bildirib ki, bu alətlə “Amazon” şirkətində təcrübə proqramına qəbul olunub, lakin “Amazon” “TechCrunch”-a bu barədə rəy verməyib və sadəcə qeyd edib ki, namizədlər müsahibə zamanı icazəsiz vasitələrdən istifadə etməməlidirlər.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay