BAKU Azərbaycan
16.74°C
  • USD
    1.7
  • EUR
    1.9026
  • RUB
    2.1146
  • TRY
    0.0438
  • GBP
    2.2564
69112

“Instagram” video yaradıcılarına yönəlmiş yeni video montaj tətbiqi “Edits”i təqdim edib. 

Valyuta.az xəbər verir ki, “TikTok”un sahibi olan “ByteDance” şirkətinin məşhur “CapCut” proqramına alternativ olaraq yaradılan “Edits” artıq iOS və Android platformalarında pulsuz şəkildə yüklənə bilir.

Tətbiq yanvar ayında elan edilib və bu gündən etibarən istifadəyə verilib. Belə ki, “Edits” yaradıcılar üçün nəzərdə tutulmuş “video yaratma tətbiqi” kimi təqdim olunur və istifadəçilərə layihə idarəetməsi, qeydlərin və ideyaların izlənməsi, eləcə də videonun performans göstəricilərinə dair məlumatlar təqdim edir. Həmçinin, burada adi “Instagram” tətbiqində olmayan süni intellekt dəstəkləyən animasiyalar, yaşıl ekran əvəzləmə (green screen) və obyekt ayırma kimi inkişaf etmiş redaktə funksiyaları mövcuddur. “Edits”in təqdim etdiyi montaj alətləri “CapCut” ilə demək olar ki, eynidir. 

Xatırladaq ki, “CapCut” “TikTok”a bağlı müstəqil video redaktə proqramıdır və bu alətin elan edildiyi dövrdə ABŞ-da həm “TikTok”, həm də “CapCut” qısa müddətlik tətbiq mağazalarından çıxarılmışdı. Bu da “Instagram”ın sahibi olan “Meta”nın “CapCut”u birbaşa rəqib kimi gördüyünü göstərir.

“Instagram” rəhbəri Adam Mosseri tətbiqin ilk dəfə təqdim edildiyi zaman “Threads” platformasında hər iki proqram arasında oxşarlıqları etiraf etsə də, “Edits”in adi istifadəçilərdən çox yaradıcılar üçün nəzərdə tutulduğunu bildirib. O, “The Verge”dən Kris Velçə verdiyi cavabda əlavə edib ki, “Edits” gələcəkdə “CapCut”dan kifayət qədər fərqli olacaq və daha geniş yaradıcılıq imkanları təqdim etsə də, daha dar istifadəçi auditoriyasına xitab edəcək.

“Instagram” artıq “Edits” üçün gələcək yenilikləri də anons edib. Bu yeniliklər sırasında əsas kadrlar (keyframes), əlavə süni intellekt əsaslı redaktə vasitələri və digər istifadəçilərlə birgə video üzərində işləmək imkanı yer alır.

Sərvanə Rəmixanova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dünyada İLK: Süni intellekt həkimdən ibarət klinika yaradıldı - FOTO

Deputat: Gədəbəydə 50 həkim və 30 tibb işçisinə ehtiyac var

Deputat: Gədəbəydə 50 həkim və 30 tibb işçisinə ehtiyac var

Cibimizdən ayırmadığımız telefon necə ixtira olundu?

Ağdamın bu məhəlləsində yaşayış binalarının inşasına başlanılır

ANAMA 84 min manatlıq servis xidməti alır

Elektriklə işləyən bu maşınları 2025-ci ildə almağa dəyməz - SİYAHI

“Nara-500” şirkətinin 95 min manat vergi borcu var

2025-ci ildə alınacaq ən pis qrafik kartlarının siyahısı açıqlandı

Nazirlər Kabinetinə məxsus bu maşınlar hərraca çıxarılır

Bu il Azərbaycanda nə qədər ağ neft istehsal olunub?

Zaqatalada internat məktəbinin bağlanma səbəbi məlum oldu

Zaqatalada internat məktəbinin bağlanma səbəbi məlum oldu

“Qızıl qübbə”nin yaradılması ABŞ-yə 1,5 trilyon dollardan baha başa gələcək

“Tesla”nın satışları kəskin azalır - Tələb zəifliyi davam edir

10 manatlıq şirkətin yarım milyon manat vergi borcu üzə çıxdı

Tovuzda dövlət tenderlərini kimlər udur? – Şirkətlər və məbləğlər

Ağdamla bağlı 2,5 milyonluq tender ləğv edildi

Baffet təqaüdə çıxmazdan əvvəl məsləhət verdi: "Bu filmə baxın"

Baffet təqaüdə çıxmazdan əvvəl məsləhət verdi: "Bu filmə baxın"

Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaq

Hakerlər kriptovalyuta nəhəngindən 20 milyon dollar fidyə tələb etdi

​Qızıl bazarında saxta məhsullar satılır - İDDİA

Azərbaycana ət məhsullarının gətirilməsinə qadağa qoyuldu - Bu ölkələrdən

Azərbaycan Rusiyada "Halal Expo" sərgisində təmsil olunur

Dünyanın ən çox qazanan 10 idmançısı - SİYAHI

Naxçıvanda əhalinin sayı 1 ildə 2 min 204 nəfər artıb

Bu imtahanın nəticələri açıqlandı

Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı

Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı

Göytəpə şəhərinin Baş planı təsdiqlənib

Bu tibb işçiləri cərimələnəcək

Bu yolda hərəkət məhdudlaşdırılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin