
Mərkəzi Bank “Xalq Sığorta” və iki sığorta brokerində pozuntular aşkarlayıb
Azərbaycan Mərkəzi Bankı “Xalq Sığorta” şirkətində pozuntular aşkarlayıb.
Valyuta.az bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, sığorta şirkətində yoxlama tədbirləri aparılıb. Nəticədə “Xalq Sığorta” ASC-nin “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinin tələblərini pozduğu məlum olub. Sığorta qanunvericiliyinin tələblərinin təmin edilməsi məqsədilə ilə AMB tərəfindən sığorta şirkətinə icrası məcburi göstəriş verilib.
AMB qeyd edib ki, paralel olaraq “Şirvan Sığorta və Təkrarsığorta Brokeri” və “Azərbaycan İnşurans Brokinq” şirkətlərində qanun eyni maddəsi ilə bağlı pozuntular aşkarlanıb. Hər iki brokerə AMB icrası məcburi göstəriş verib.
Maraqlıdır ki, Mərkəzi Bank əvvəllər pozuntu halını dəqiqliklə qeyd etdiyi halda indi sadəcə ümumi maddəni qeyd etməklə kifayətlənib. Sözügedən 102-ci maddəsin isə əhatə dairəsi genişdir. Burada sığortaçıların, aktuarilərin, müstəqil ekspertlərin və sığorta vasitəçilərinin fəaliyyətində sığorta qanunvericiliyinin pozulması və ya buna şərait yarada bilən hallar qeyd edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay