BAKU Azərbaycan
18.3°C
  • USD
    1.7
  • EUR
    1.8896
  • RUB
    2.0988
  • TRY
    0.0438
  • GBP
    2.2441
69069

"Yeni tikililərdə mənzillərin sahəsi 60-70 kvadratmetrdən başlayır. Bu, mənzili 20-30 kvadratmetr olan sakinlərin yeni evlərlə təmin olunmasını çətinləşdirir. Sökülən evlərə görə verilən kompensasiya ilə ev sahibləri ancaq şəhərdən kənarda yerləşən ucqar kənd və qəsəbələrdə kiçik evlər ala bilirlər. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun olsa da, tikinti şirkətləri vətəndaşlarla qiymətləndirici təşkilatlar vasitəsilə deyil, birbaşa danışıqlar aparır. Çünki digər qanunlara görə, evin sökülməsi yalnız tikinti şirkətləri ilə vətəndaşlar arasında razılaşma əsasında həyata keçirilə bilər. Lakin dövlət ehtiyacları üçün ərazilərin alqı-satqısı zamanı qiymətləndirməni qiymətləndirmə təşkilatları həyata keçirir”.

Bunu Bakupost.az -a əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.
O bildirib ki, tikinti şirkətləri vətəndaşları öz şərtlərinə razı salmaq üçün müxtəlif inandırma üsullarından istifadə edirlər:

“Tikinti şirkətləri müəyyən ərazilərdə evləri söküb yeni binalar tikəndə, adətən, sakinləri öz ofisinə dəvət edir, orada hər biri ilə ayrı-ayrılıqda sövdələşmənin şərtləri ilə bağlı danışıqlar aparırlar. Onların təklifi ilə razılaşmayan sakinləri işlərinyubatmaqda və artıq pul tələb etməkdə günahlandıraraq məhkəməyə verirlər. Bu zaman onlar dövlət qurumlarından aldıqları qənaətləri məhkəməyə təqdim edirlər. Çox vaxt məhkəmələr tikinti şirkətlərinin xeyrinə qərarlar verirlər. Bu, onlara söküntü işlərinə görə az miqdarda kompensasiya hesablamaq imkanı verir. Tikinti şirkətləri təcrübəli olduqları üçün çox vaxt öz qiymətlərini vətəndaşlara diktə edə bilirlər".
Ekspertin sözlərinə görə, vətəndaş üçün ən məqbul variant odur ki, evi söküləndə yeni tikiləcək binada sahəsi əvvəlkindən 20 faiz daha böyük olan mənzil alacağına zəmanət əldə etsin:
"Çünki yeni tikililərdə mənzillərin qiyməti sürətlə qalxır. Hazırda əksər ərazilərdə yeni tikililərdə mənzilin 1 kvadratmetrinin qiyməti 2500-3000 manatdan aşağı deyil. Lakin tikinti şirkətləri sökülən mənzillərin hər kvadratmetrinə görə, ən yaxşı halda 2000 manatdan kompensasiya hesablayırlar. Bu, real bazar qiymətindən xeyli aşağıdır. Hazırda Bakının bəzi ərazilərində mənzillərin 1 kvadratmetrinin dəyəri 4 min kvadratmetrdən başlayır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Övladlar valideynlərini saxlamağa borcludurmu?

Marketlərdə “İstehlakçı hüquqlarını bil və tələb et!” kampaniyası

Marketlərdə “İstehlakçı hüquqlarını bil və tələb et!” kampaniyası

Biznesmen qadının bağçası haqqında QƏRAR qəbul edildi

Rəşad Cəfərov "Mozalan Studiyası"na direktor təyin edildi

Prezident Elnur Çıraqova vəzifə verdi

Azərbaycan əhalisinin sayı açıqlandı

Şəklimiz "Green card"da qalib gəlməyə təsir edir - Diqqət edilməli məqamlar

Universitetə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb

Bakının bu küçəsi tam bağlanır

Azərbaycanda yeni medal təsis edildi

AZIR indeksi yeni metodologiya əsasında hesablanacaq

Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı

Süni intellekt “TikTok” fotolarını videoya çevirəcək

Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib - Rəsmi

Azər Şirvanzadə həbs edildi - 300 minlik dələduzluq

Kassanın dolu olması hələ şirkətin qazanması demək deyil

Kassanın dolu olması hələ şirkətin qazanması demək deyil

Bu rayonda Gənclər Evi cərimələndi

Məhsulunuz üçün tədbir təşkil edin - Xidməti dirçəltməyin 17 yolu

“Peyk zavodu”nun direktoru dəyişdi

Kartlardan 18 min manat oğurlandı

Milyarder Uorren Baffet qocalıq əlamətlərindən şikayətlənir

Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub

Baş həkim olmaq arzusu ona baha başa gəldi...

“Səba” külli miqdarda borc içində - Rəhbəri dəyişdi

“Səba” külli miqdarda borc içində - Rəhbəri dəyişdi

Azərbaycanda mənzil tikintisi ZƏİFLƏYİR - SƏBƏBLƏR

2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək (VİDEO)

Azərbaycan nefti bahalaşıb

Şagirdlər üçün yay düşərgələrinin qiymətləri AÇIQLANDI

Gənc İstedadın Böyük Hədəfi: Mehdi Qulubəylidən "AZİ" Mobil Telefon Startapı (FOTO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin