BAKU Azərbaycan
19.07°C
  • USD
    1.7
  • EUR
    1.9026
  • RUB
    2.1146
  • TRY
    0.0438
  • GBP
    2.2564
69049

Azərbaycanda vətəndaşlar üçün yollayışların (putyovka) verilməsi prosesinin yeni qaydası müəyyənləşib.

Valyuta.az xəbər verir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən bununla bağlı müvafiq qərar verilib.

Artıq bir müddətdir yollayışların verilməsi prosesinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsinə başlanılıb. Belə ki, vətəndaşlar yollayış üçün telefonla və ya birbaşa "Kurort" Turizm İnformasiya Mərkəzinə müraciətlər edirlər.

Müraciət zamanı vətəndaşın şəxsiyyət vəsiqəsi məlumatları, sosial statusuna dair məlumatlar, iş yeri, getmək istədiyi sanatoriya və tarix barədə məlumatlar reyestr bazasına daxil edilir. Məlumatların emalı zamanı iş yeri və üzvlük məlumatları AHİK-in müvafiq üzv təşkilatları tərəfindən yoxlanılır, yollayış barədə məlumatlar isə müvafiq sanatoriya və ya istirahət mərkəzi tərəfindən təsdiq edilir.

Vətəndaşlar yollayışların verilməsi qaydasına əsasən, imtiyazlı və ya 15% dəyərini ödəməklə yollayışla təmin edilir. Sonra yollayışın verilməsi proseduru həyata keçirilir.

Qeyd edək ki, indiyədək vətəndaşlar istirahət və müalicə üçün iş yerlərindəki müvafiq həmkarlar təşkilatına müraciət edərək putyovka ala bilirdilər.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 nömrəli və 2021-ci il 23 dekabr tarixli 406 nömrəli Qərarlarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sanatoriya-kurort yollayışları ilə təmin edilməsi üçün aşağıda qeyd olunan şəxslər imtiyazlı şəxslər hesab edilirlər:

İşləməyən əlilliyi olan şəxslər;
18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar;
II Dünya Müharibəsinin iştirakçıları;
Şəhid ailəsi statusu almış ailənin üzvü olan işləməyən şəxslər;
Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsində iştirak etmiş işləməyən vətəndaşlar;
Qəyyumun (himayəçinin) ailəsində, dövlət və qeyri-dövlət müəssisələrində təlim-tərbiyə olunan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
Fövqəladə hallarda insanların xilas edilməsində və tibb yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlar.

Yollayışın əldə edilməsi məqsədilə imtiyazlı şəxslər yaşayış yeri üzrə Sosial Xidmətlər Agentliyinin struktur bölməsinə, "DOST" mərkəzlərinə və ya "Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edirlər.

Bundan əlavə, şəhid ailələri, əlillik statusu olanlar, 1-ci qrup əlilləri müşayiət edən şəxslər, müharibə iştirakçıları ödənişsiz olaraq yollayışla təmin edilirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Elçin Quliyev generalı vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

TƏBİB-dən stomatoloqlarla bağlı qəribə tələb: "Otağı təmir et, hər ay 1200 manat icarə haqqı ödə!"

Mayın 20-də Bakıda “International HR Summit 2025” keçiriləcək

Ədalət Partiyasına yeni SƏDR SEÇİLDİ

Yüksəlişin finalçısı "Ziraat Bank"da rəhbər vəzifəyə təyin olundu

Yüksəlişin finalçısı "Ziraat Bank"da rəhbər vəzifəyə təyin olundu

Mübahisəli cərimələr zamanı - Nə etməli?

Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı- Narazı qaldı

TEMU-ya xəbərdarlıq edildi

ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb

ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb

"Son zəng"lə bağlı məktəblərə təlimat GÖNDƏRİLİB

Restorandakı nahar onlara 100 min dollar qazandırdı

Dövlət qulluqçularının reyestri aparılacaq

3 trilyon dollarlıq səfər - ABŞ böyük qazanc əldə etdi

Bazar gününün hava proqnozu

“Bununla heç bir alim ailə dolandıra bilməz” - Maaşını açıqladı

“Bununla heç bir alim ailə dolandıra bilməz” - Maaşını açıqladı

Vəfa Musayeva Everesti fəth edən ilk azərbaycanlı qadın oldu

Bank kartlarından 20 min manatlıq oğurlandı

Mərkəzi Bank 205 minə xidməti avtomobil alır

Formula-1-in ən çox qazanan pilotu BƏLLİ OLDU

Papa XIV Leonun uşaqlığının keçdiyi ev hərraca çıxarılıb

Aygün Səmədzadə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub

Bakıda 50 minə yaxın şagird monitorinqə cəlb olunacaq

Bakının daha bir küçəsi avtomobillərin hərəkəti üçün TAM BAĞLANDI

"Bitoin" 103 min dollar olub - Kriptovalyuta qiymətləri enir

Zehni bulanıqlıq, unutqanlıq, diqqət çatışmazlığı - “Beyin dumanı” nədir və necə azaldılır? - SƏHƏR OXUSU

Dünyada İLK: Süni intellekt həkimdən ibarət klinika yaradıldı - FOTO

Deputat: Gədəbəydə 50 həkim və 30 tibb işçisinə ehtiyac var

Deputat: Gədəbəydə 50 həkim və 30 tibb işçisinə ehtiyac var

Cibimizdən ayırmadığımız telefon necə ixtira olundu?

Ağdamın bu məhəlləsində yaşayış binalarının inşasına başlanılır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin