BAKU Azərbaycan
16.74°C
  • USD
    1.7
  • EUR
    1.9026
  • RUB
    2.1146
  • TRY
    0.0438
  • GBP
    2.2564
69043

Çinli tədqiqatçılar standart USB protokolundan 1 milyon dəfə daha sürətli məlumat ötürülməsini təmin edən yeni bir flaş yaddaş texnologiyası hazırlayıblar. 

Valyuta.az xəbər verir ki, 400 pikosaniyəlik reaksiya müddətinə və saniyədə 25 milyard əməliyyat yerinə yetirmək qabiliyyətinə malik bu texnologiya, yaddaş texnologiyalarında inqilabi dönüş yarada bilər.

Əgər USB yaddaş vasitəsilə məlumatların oxunması və yazılması sizə uzun çəkirmiş kimi gəlirsə, bu problem yaxın gələcəkdə keçmişdə qala bilər. Çin alimlərinin inkişaf etdirdiyi yeni texnologiya, məlumat ötürülməsində sürəti misilsiz dərəcədə artıraraq yaddaş sənayesində yeni dövrün əsasını qoya bilər.

"PoX" adı verilmiş bu texnologiya, indiyə qədər yaradılmış ən sürətli yarımkeçirici yaddaş qurğularından biri kimi qiymətləndirilir. Cəmi 400 pikosaniyəlik - yəni 0,4 nanosaniyəlik - cavab müddəti ilə bu texnologiya məlumatlara çıxışı fövqəladə səviyyəyə çatdırır. Tədqiqatın nəticələri "Nature" jurnalında dərc olunub.

Mövcud flaş yaddaşlardan minlərlə dəfə daha sürətli

Layihənin aparıcı mütəxəssislərindən biri olan Çjou Penq bildirib ki, bu qurğu göz qırpımında 1 milyard əməliyyat həyata keçirə bilir, halbuki eyni zaman kəsiyində adi USB yaddaş cəmi 1.000 əməliyyat yerinə yetirə bilir. Qeyd edək ki, daha əvvəl oxşar texnologiyalar üzrə dünya rekordu 2 milyon idi, lakin "PoX" bu həddi də aşaraq yeni zirvəyə çatıb.

Lakin müqayisənin hansı USB versiyası ilə aparıldığı konkret göstərilməyib. Ənənəvi flaş yaddaşlar enerji verilmədən də məlumatları saxlayır və aşağı enerji sərfiyyatı ilə tanınır. Bununla belə, onların məlumat əldə etmə sürəti statik və dinamik təsadüfi giriş yaddaşı (SRAM və DRAM) kimi RAM texnologiyalarından geri qalır.

Flaş yaddaşlar RAM-ın yerini tuta bilərmi?

Fudan Universitetinin tədqiqatçıları düşünürlər ki, bu texnologiya ilə RAM-in yerini tuta biləcək yeni nəsil yaddaş qurğuları formalaşa bilər. "PoX" texnologiyası, flaş yaddaşların artıq RAM səviyyəsində sürətli işləməsinə şərait yaradır.

Bu yenilik kompüterlərin ümumi məhsuldarlığında əhəmiyyətli sıçrayışa səbəb ola bilər. Əgər "PoX" texnologiyası sənaye standartına çevrilərsə, yüksək sürətli məlumat əldə etmə və yaddaş həlləri tamamilə yeni mərhələyə qədəm qoya bilər.

Lakin bu texnologiyanın bütün dünyadakı kompüter sistemləri ilə uyğun işləyəcək məhsula çevrilməsi bir anda baş verməyəcək. Yenə də qarşıdakı illərdə "PoX" kimi super sürətli yaddaş texnologiyaları ilə tanış olmağa hazır olmaq vacibdir. Bu cür texnoloji sıçrayışların informasiya texnologiyaları sahəsində hansı dəyişikliklərə səbəb olacağını maraqla izləməyə dəyər.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dünyada İLK: Süni intellekt həkimdən ibarət klinika yaradıldı - FOTO

Deputat: Gədəbəydə 50 həkim və 30 tibb işçisinə ehtiyac var

Deputat: Gədəbəydə 50 həkim və 30 tibb işçisinə ehtiyac var

Cibimizdən ayırmadığımız telefon necə ixtira olundu?

Ağdamın bu məhəlləsində yaşayış binalarının inşasına başlanılır

ANAMA 84 min manatlıq servis xidməti alır

Elektriklə işləyən bu maşınları 2025-ci ildə almağa dəyməz - SİYAHI

“Nara-500” şirkətinin 95 min manat vergi borcu var

2025-ci ildə alınacaq ən pis qrafik kartlarının siyahısı açıqlandı

Nazirlər Kabinetinə məxsus bu maşınlar hərraca çıxarılır

Bu il Azərbaycanda nə qədər ağ neft istehsal olunub?

Zaqatalada internat məktəbinin bağlanma səbəbi məlum oldu

Zaqatalada internat məktəbinin bağlanma səbəbi məlum oldu

“Qızıl qübbə”nin yaradılması ABŞ-yə 1,5 trilyon dollardan baha başa gələcək

“Tesla”nın satışları kəskin azalır - Tələb zəifliyi davam edir

10 manatlıq şirkətin yarım milyon manat vergi borcu üzə çıxdı

Tovuzda dövlət tenderlərini kimlər udur? – Şirkətlər və məbləğlər

Ağdamla bağlı 2,5 milyonluq tender ləğv edildi

Baffet təqaüdə çıxmazdan əvvəl məsləhət verdi: "Bu filmə baxın"

Baffet təqaüdə çıxmazdan əvvəl məsləhət verdi: "Bu filmə baxın"

Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaq

Hakerlər kriptovalyuta nəhəngindən 20 milyon dollar fidyə tələb etdi

​Qızıl bazarında saxta məhsullar satılır - İDDİA

Azərbaycana ət məhsullarının gətirilməsinə qadağa qoyuldu - Bu ölkələrdən

Azərbaycan Rusiyada "Halal Expo" sərgisində təmsil olunur

Dünyanın ən çox qazanan 10 idmançısı - SİYAHI

Naxçıvanda əhalinin sayı 1 ildə 2 min 204 nəfər artıb

Bu imtahanın nəticələri açıqlandı

Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı

Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı

Göytəpə şəhərinin Baş planı təsdiqlənib

Bu tibb işçiləri cərimələnəcək

Bu yolda hərəkət məhdudlaşdırılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin