
22.04.2025 / 09:15
Bakının iki rayonunda qaz olmayacaq
69024
Pirallahı rayonununda qaz ölçü qovşaqlarında mövcud daraldıcı qurğuların sərfiyyata uyğun yeni qurğular ilə əvəzlənməsi, Nəsimi rayonunda qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi məqsədilə 22.04.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
"Azəriqaz"dan "Valyuta.az"a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Pirallahı rayonu üzrə Süleyman Bağırov və Fioletov küçələrinin, Nəsimi rayonu üzrə isə Ə.Qasımzadə, M.Topçubaşov, C.Məmmədquluzadə, H.Ələsgərov, N.Vəzirov, N.Yusifbəyli, Novruzov qardaşları, M.Sənani, Bakıxanov küçələrinin və Vaqif prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay