BAKU Azərbaycan
18.73°C
  • USD
    1.7
  • EUR
    1.9026
  • RUB
    2.1146
  • TRY
    0.0438
  • GBP
    2.2564
68995

“Huawei Technologies” şirkəti gələn aydan süni intellekt sahəsində inkişaf etdirdiyi qabaqcıl 910C çipinin kütləvi göndərişinə başlayacaq. Valyuta.Az xəbər verir ki, məsələ ilə tanış olan iki mənbənin "Yahoo Finance"-a bildirdiyinə görə, bəzi göndərişlər artıq həyata keçirilib.

Bu hadisə, ABŞ-ın son məhdudiyyətləri fonunda, yerli alternativ axtarışında olan Çin süni intellekt şirkətləri üçün əlverişli məqamda baş verir. Belə ki, bu ay ABŞ Prezidenti Donald Trampın administrasiyası “Nvidia”ya (“NVDA”) H20 model çipin Çinə satışına yalnız ixrac lisenziyası ilə icazə verəcəyini bildirib. Həmin çip indiyə qədər Çində sərbəst satılırdı.

“Huawei”nin 910C modeli qrafik emal prosessorudur (GPU) və texnoloji sıçrayışdan daha çox memarlıq baxımından təkamül hesab olunur. Bu barədə məlumatlı iki nəfər və dizaynla tanış olan üçüncü mənbə məlumat verib. Bildirilib ki, bu çip iki ədəd 910B prosessorunun birləşdirilməsi ilə hazırlanıb və inkişaf etmiş inteqrasiya texnologiyaları sayəsində “Nvidia”nın H100 modeli ilə müqayisə oluna biləcək performans təqdim edir.

Yeni model əvvəlki versiyadan iki dəfə çox hesablama gücünə və yaddaş tutumuna malikdir. Bundan əlavə, müxtəlif süni intellekt yükləmələrini daha effektiv dəstəkləmək üçün əlavə təkmilləşdirmələr də tətbiq olunub.

Mənbələr medianın qarşısında danışmaq səlahiyyətinə malik olmadıqları üçün adlarının açıqlanmasını istəməyiblər. “Huawei” isə 910C modelinin göndəriş planları və texniki xüsusiyyətləri ilə bağlı məlumatları “spekulyasiya” adlandıraraq şərh verməkdən imtina edib.

Vaşinqton, xüsusilə hərbi sahələrdə texnoloji inkişafın qarşısını almaq məqsədilə, “Nvidia”nın ən qabaqcıl süni intellekt məhsullarını, o cümlədən B200 çipini Çinə ixracdan kənarlaşdırıb. ABŞ hakimiyyəti H100 modelinin satışını isə hələ 2022-ci ildə, təqdim olunmazdan əvvəl qadağan etmişdi.

Bu fonda “Huawei” və “Moore Threads”, “Iluvatar CoreX” kimi Çin GPU startapları, uzun müddətdir “Nvidia”nın hökm sürdüyü bazarda öz mövqelərini gücləndirməyə çalışırlar.

Məsləhətçilik şirkəti “Albright Stonebridge Group”un tərəfdaşı Pol Triolonun sözlərinə görə, ABŞ-ın “Nvidia”nın H20 modelinə tətbiq etdiyi yeni ixrac məhdudiyyətləri fonunda "Huawei"nin Ascend 910C GPU modeli artıq Çin süni intellekt modellərinin hazırlanması və onların tətbiqi üçün əsas texnoloji seçimə çevriləcək.

Mənbələrin bildirdiyinə görə, ötən ilin sonlarında “Huawei” 910C modelinin nümunələrini bir neçə texnologiya şirkətinə təqdim etmiş və sifariş qəbul etməyə başlamışdı.

“Reuters” bu çipin əsas istehsalçılarının kimliyini dəqiqləşdirə bilməyib. Lakin məlumata görə, Çin şirkəti SMIC, bu GPU-ların bəzi əsas komponentlərini N+2 7nm texnologiyası ilə istehsal edir, baxmayaraq ki, məhsuldarlıq səviyyəsi aşağıdır.

Həmçinin, bəzi 910C çiplərinin, TSMC tərəfindən Çin mənşəli "Sophgo" üçün istehsal edilmiş yarımkeçiricilərdən istifadə etdiyi bildirilir. ABŞ Ticarət Nazirliyi, 910B çipində TSMC istehsalı komponentin aşkarlanmasından sonra bu mövzuda araşdırmalara başlayıb.

ABŞ-ın Virciniya ştatında yerləşən RAND Texnologiya və Təhlükəsizlik Siyasəti Mərkəzinin tədqiqatçısı Lennart Haym bildirib ki, son illərdə TSMC “Sophgo”nun sifariş verdiyi dizayna uyğun olaraq təxminən 3 milyon çip istehsal edib.

“Huawei” isə bir daha bəyan edib ki, TSMC istehsalı "Sophgo" çiplərindən istifadə etmir. “Sophgo” isə bu məsələ ilə bağlı şərh verməyib. TSMC isə ABŞ tənzimləyici orqanlarının tələblərinə uyğun hərəkət etdiyini və 2020-ci ilin sentyabr ayının ortalarından etibarən “Huawei”yə tədarükü dayandırdığını bildirib.

Aydın

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bazar gününün hava proqnozu

“Bununla heç bir alim ailə dolandıra bilməz” - Maaşını açıqladı

Vəfa Musayeva Everesti fəth edən ilk azərbaycanlı qadın oldu

Bank kartlarından 20 min manatlıq oğurluq

Mərkəzi Bank 205 minə xidməti avtomobil alır

Formula-1-in ən çox qazanan pilotu BƏLLİ OLDU

Papa XIV Leonun uşaqlığının keçdiyi ev hərraca çıxarılıb

Aygün Səmədzadə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub

Bakıda 50 minə yaxın şagird monitorinqə cəlb olunacaq

Bakının daha bir küçəsi avtomobillərin hərəkəti üçün TAM BAĞLANDI

"Bitoin" 103 min dollar olub - Kriptovalyuta qiymətləri enir

Zehni bulanıqlıq, unutqanlıq, diqqət çatışmazlığı - “Beyin dumanı” nədir və necə azaldılır? - SƏHƏR OXUSU

Dünyada İLK: Süni intellekt həkimdən ibarət klinika yaradıldı - FOTO

Deputat: Gədəbəydə 50 həkim və 30 tibb işçisinə ehtiyac var

Deputat: Gədəbəydə 50 həkim və 30 tibb işçisinə ehtiyac var

Cibimizdən ayırmadığımız telefon necə ixtira olundu?

Ağdamın bu məhəlləsində yaşayış binalarının inşasına başlanılır

ANAMA 84 min manatlıq servis xidməti alır

Elektriklə işləyən bu maşınları 2025-ci ildə almağa dəyməz - SİYAHI

“Nara-500” şirkətinin 95 min manat vergi borcu var

2025-ci ildə alınacaq ən pis qrafik kartlarının siyahısı açıqlandı

Nazirlər Kabinetinə məxsus bu maşınlar hərraca çıxarılır

Bu il Azərbaycanda nə qədər ağ neft istehsal olunub?

Zaqatalada internat məktəbinin bağlanma səbəbi məlum oldu

Zaqatalada internat məktəbinin bağlanma səbəbi məlum oldu

“Qızıl qübbə”nin yaradılması ABŞ-yə 1,5 trilyon dollardan baha başa gələcək

“Tesla”nın satışları kəskin azalır - Tələb zəifliyi davam edir

10 manatlıq şirkətin yarım milyon manat vergi borcu üzə çıxdı

Tovuzda dövlət tenderlərini kimlər udur? – Şirkətlər və məbləğlər

Ağdamla bağlı 2,5 milyonluq tender ləğv edildi

Baffet təqaüdə çıxmazdan əvvəl məsləhət verdi: "Bu filmə baxın"

Baffet təqaüdə çıxmazdan əvvəl məsləhət verdi: "Bu filmə baxın"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin