BAKU Azərbaycan
16.73°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
68971

Misirin Qırmızı dəniz sahilində toxunulmamış çimərliklə potensial turizm inkişafı arasında mübarizə alovlanır.

Valyuta.az xəbər verir ki, "Independent"ın yazdığına görə, Vadi-el-Həmal Milli Parkının incisi olan Ras-Xankorab öz toxunulmamış dəniz ekosistemi ilə tanınır, lakin hazırda bağlıdır və onun gələcəyi ip üstündədir. Hurqadadan 4 saatlıq məsafədə yerləşən Ras-Xankorab kristal təmiz suyu və ağ qumlu çimərlikləri ilə fəxr edir.

Ancaq planlara görə, bu əraziyə otel, restoran və ferma tikiləcək. Ekoloqlar xəbərdar edirlər ki, turizm inkişafı nəhəng dəniz tısbağaları, mərcan rifləri, dəniz otları və müxtəlif balıq növləri üçün həyat mühiti yaradan həssas ekosistemə təhlükə yaradır. Yerli icmalar da bu qiymətli təbii sərvəti itirməkdən qorxurlar.

Misir gəlirlərini artırmaq üçün milli parklarına investisiya lisenziyaları verir. Turizm Misirin xəzinəsini əhəmiyyətli dərəcədə doldurur. BMT-nin hesabatına görə, 2024-cü ildə Misirin turizmdən gəliri 14,1 milyard dollar olub ki, bu da Süveyş kanalından əldə olunan gəliri belə üstələyib.

"Bu iqtisadi stimul Ras-Xankorab kimi bərpa olunmaz təbii sərvətlər hesabına əldə ediləcəkmi?", deyə nəşr sual edir.

Ekoloqlar və yerli icmalar xəbərdar edirlər ki, çimərlikdə hətta yüngül tikinti işləri belə Misirin son qalmış toxunulmamız dəniz qoruqlarından birini məhv edə bilər.

Misirin təbiəti qoruma qrupu "Ecoris"in icraçı direktoru Asmaa Əli deyib:

"Burada qoruq sahəsində yerləşən ən dəyərli mərcan riflərindən biri var. Həmçinin nəsli kəsilmək təhlükəsində olan dəniz tısbağaları və manqrov ağacları mövcuddur".

Ətraf Mühitin Qorunması Assosiasiyası isə əlavə edib ki, bu rif iqlim dəyişikliyinə dünyada ən davamlı riflərdən biri olduğu və digər rifləri bərpa etmək, hətta nəsli kəsilməkdə olan növləri geri qaytarmaq potensialına malik olduğu üçün xüsusi əhəmiyyət kəsb edir.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

2 milyon manata bağça satılır

Bu ölkə Azərbaycana 15 manatdan mixək satıb

Azərbaycanda taksi istifadəçilərinin sayı bir az da azaldı

Qara dənizdə sərvət tapıldı - Ərdoğan elan etdi

Bakıda 4 aya 400 maşın satan çinli qız

Bakıda 4 aya 400 maşın satan çinli qız

Türkiyənin tanınmış geoloqu Celal Şengörün həbsi istənilir

Sahibkarlar üçün nə edilməlidir? Onlayn alış-veriş onların gününü qaraldıb

Elçin Quliyev generalı vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

TƏBİB-dən stomatoloqlarla bağlı qəribə tələb: "Otağı təmir et, hər ay 1200 manat icarə haqqı ödə!"

Mayın 20-də Bakıda “International HR Summit 2025” keçiriləcək

Ədalət Partiyasına yeni SƏDR SEÇİLDİ

Yüksəlişin finalçısı "Ziraat Bank"da rəhbər vəzifəyə təyin olundu

Yüksəlişin finalçısı "Ziraat Bank"da rəhbər vəzifəyə təyin olundu

Mübahisəli cərimələr zamanı - Nə etməli?

Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı- Narazı qaldı

TEMU-ya xəbərdarlıq edildi

ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb

ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb

"Son zəng"lə bağlı məktəblərə təlimat GÖNDƏRİLİB

Restorandakı nahar onlara 100 min dollar qazandırdı

Dövlət qulluqçularının reyestri aparılacaq

3 trilyon dollarlıq səfər - ABŞ böyük qazanc əldə etdi

Bazar gününün hava proqnozu

“Bununla heç bir alim ailə dolandıra bilməz” - Maaşını açıqladı

“Bununla heç bir alim ailə dolandıra bilməz” - Maaşını açıqladı

Vəfa Musayeva Everesti fəth edən ilk azərbaycanlı qadın oldu

Bank kartlarından 20 min manatlıq oğurlandı

Mərkəzi Bank 205 minə xidməti avtomobil alır

Formula-1-in ən çox qazanan pilotu BƏLLİ OLDU

Papa XIV Leonun uşaqlığının keçdiyi ev hərraca çıxarılıb

Aygün Səmədzadə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub

Bakıda 50 minə yaxın şagird monitorinqə cəlb olunacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin