BAKU Azərbaycan
16.63°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
68965

Süni intellektin geniş yayıldığı dövrdə real olanı saxtadan ayırmaq getdikcə çətinləşir. Əslində əsas problem bununla da bitmir. Çünki generativ süni intellekt alətlərinin geniş istifadəsi nəticəsində saxta məzmunlar həyatımıza daxil olub və bu gün artıq gerçək və həqiqi olanı ayırd etmək çətinləşib. Məsələn, “LinkedIn” səhifənizdə gəzərkən bir paylaşıma baxıb, “Bu yazını tamamilə ChatGPT yazıb” deyə düşünmünüz? 

“Süni intellekt məzmunu” sindromu

İnternet eyni tərzdə yazılmış, robotvari və ruhsuz məzmunlarla doludur. Hətta yüksək vəzifəli şəxslər belə eyni şablonlardan istifadə edir, bənzər ifadələrlə yazır və bu mətnlər dərhal süni intellekt tərəfindən yaradıldığı təəssüratını yaradır. Bəli, süni intellekt bizneslərə, məzmun yaradıcıları və frilanserlərə daha sürətli işləməyə kömək edir. Lakin bu, eyni zamanda gördüklərimizə inanmağı və real insani əlaqələr qurmağı çətinləşdirir. 
Etimad və inam isə istənilən münasibətin əsasını təşkil edir. Əgər siz ancaq kopyala-yapışdır üsulundan istifadə etsəniz, robot kimi görünəcək, etibarınızı, müştərilərinizi və gəlirinizi itirəcəksiniz. 

Süni intellektdən daha vacib bacarıq

2024-cü ildə "Indeed" və "AWS" tərəfindən aparılan tədqiqatlar süni intellekt bacarıqlarının maaşlara təxminən 47% artım gətirdiyini göstərdi. Bu da onu ötən ilin ən yüksək gəlirli texnoloji bacarığına çevirdi. Lakin çoxları bir vacib detalı gözdən qaçırır: süni intellekt yalnız arxasında duran peşəkar qədər effektivdir. "Amazon Web Services"in 1300-dən çox işəgötürən arasında apardığı sorğunun nəticələrinə əsasən, işəgötürənlərin 73%-i yalnız texniki bacarıqlara deyil, həm də tənqidi və yaradıcı düşüncəyə üstünlük verdiklərini bildirib. Bu bacarıqlar əvvəllər “yumşaq bacarıqlar” adlandırılsa da, indi “güc bacarıqları” kimi təqdim olunur, çünki onlar biznes və karyera uğurunun əsas hərəkətverici qüvvəsidir.

2025-ci ilin əsas bacarığı: Yaradıcı ünsiyyət

“LinkedIn”in 2024-cü il üzrə bacarıq hesabatına əsasən, ən vacib bacarıq ünsiyyət bacarığı olub. Amma buradakı vurğu təkcə ünsiyyət deyil, yaradıcı ünsiyyət üzərindədir.
Sadə dillə desək, süni intellekti ünsiyyət bacarıqlarının və yaradıcı düşüncənin əvəzi kimi istifadə edə bilməzsiniz. “AI” yalnız yardımçı vasitədir. Beyin fırtınası, kontentin strukturu və planlaşdırması üçün yararlı olsa da, əsas ideya və dəyər sizin tərəfinizdən gəlməlidir.

Yaradıcılıq və ünsiyyət bacarığını necə inkişaf etdirməli?

Unikal marka səsinizi müəyyənləşdirin

Sizin tonunuz, üslubunuz, mövqeyiniz – bunlar sizi fərqləndirir. ChatGPT-dən istifadə edərkən konteksti və üslub tərzinizi ona izah edin. Beləcə, o sizin adınıza fərdi səslə danışacaq və robot tərzindən uzaq duracaq.

Auditoriyanızı anlayın

Məzmun yaradarkən kimə xitab etdiyinizi, nə istədiklərini və nəyə ehtiyac duyduqlarını bilin. Beləliklə, onların diqqətini cəlb edən fərqli yollar tapa biləcəksiniz.

Şəxsi hekayələrinizi paylaşın

Heç kim sizin təcrübələrinizi sizdən yaxşı ifadə edə bilməz. Uğurlarınızı, səhvlərinizi, yaşadığınız prosesləri, başqaları ilə bağlı nümunələri paylaşın. Bu, sizi daha səmimi və etibarlı göstərəcək.

Öz fikirlərinizi əvvəlcədən formalaşdırın

“AI”dən istifadə etməzdən əvvəl, öz düşüncələrinizi yazın. Sonra bu fikirləri təkmilləşdirmək üçün süni intellektdən faydalana bilərsiniz. Əks halda, başqalarının səsini təkrarlamış olacaqsınız. 

Bəli, 2025-ci ildə süni intellekt bacarıqlarından da önəmli olan bacarıq yaradıcı ünsiyyətdir. Bu bacarığı inkişaf etdirməklə karyeranızı “AI” qarşısında "toxunulmaz" edə və həqiqi uğur qazana bilərsiniz.

Mənbə: Forbes

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

2 milyon manata bağça satılır

Bu ölkə Azərbaycana 15 manatdan mixək satıb

Azərbaycanda taksi istifadəçilərinin sayı bir az da azaldı

Qara dənizdə sərvət tapıldı - Ərdoğan elan etdi

Bakıda 4 aya 400 maşın satan çinli qız

Bakıda 4 aya 400 maşın satan çinli qız

Türkiyənin tanınmış geoloqu Celal Şengörün həbsi istənilir

Sahibkarlar üçün nə edilməlidir? Onlayn alış-veriş onların gününü qaraldıb

Elçin Quliyev generalı vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

TƏBİB-dən stomatoloqlarla bağlı qəribə tələb: "Otağı təmir et, hər ay 1200 manat icarə haqqı ödə!"

Mayın 20-də Bakıda “International HR Summit 2025” keçiriləcək

Ədalət Partiyasına yeni SƏDR SEÇİLDİ

Yüksəlişin finalçısı "Ziraat Bank"da rəhbər vəzifəyə təyin olundu

Yüksəlişin finalçısı "Ziraat Bank"da rəhbər vəzifəyə təyin olundu

Mübahisəli cərimələr zamanı - Nə etməli?

Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı- Narazı qaldı

TEMU-ya xəbərdarlıq edildi

ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb

ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb

"Son zəng"lə bağlı məktəblərə təlimat GÖNDƏRİLİB

Restorandakı nahar onlara 100 min dollar qazandırdı

Dövlət qulluqçularının reyestri aparılacaq

3 trilyon dollarlıq səfər - ABŞ böyük qazanc əldə etdi

Bazar gününün hava proqnozu

“Bununla heç bir alim ailə dolandıra bilməz” - Maaşını açıqladı

“Bununla heç bir alim ailə dolandıra bilməz” - Maaşını açıqladı

Vəfa Musayeva Everesti fəth edən ilk azərbaycanlı qadın oldu

Bank kartlarından 20 min manatlıq oğurlandı

Mərkəzi Bank 205 minə xidməti avtomobil alır

Formula-1-in ən çox qazanan pilotu BƏLLİ OLDU

Papa XIV Leonun uşaqlığının keçdiyi ev hərraca çıxarılıb

Aygün Səmədzadə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub

Bakıda 50 minə yaxın şagird monitorinqə cəlb olunacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin