BAKU Azərbaycan
16.73°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
68959

Bakının Yasamal rayonunda yerləşən "VMF Continental" mağazasından oğurluqda ittiham olunan Zhang Guomin və Liu Bo-nun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi illə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama görə, təqsirləndirilən şəxslər "VMF Continental" mağazalar şəbəkəsinə məxsus Yasamal filialında İradə adlı satıcıdan baxmaq istədikləri saatı rəfdən çıxarmasını xahiş ediblər. Saatın şəklini çəkdikdən sonra Liu Bo satıcının diqqətini yayındıraraq başqa saatı göstərməsini istəyiblər.

Satıcının diqqəti yayınmışkən Zhang Guomin saatı oğurlayıb.

İttihama münasibət bildirən Zhang Guomin və Liu Bo özlərini təqsirli biliblər.

Lui Bo bildirib ki, saatı Zhang Guomin götürüb. Daha sonra bağışlanılması üçün "VMF Continental" şirkətinə dəymiş ziyana görə kompensasiya ödəməyə hazır olduğunu deyib.

Zhang Guom ifadəsində deyib ki, saatın belə bahalı olduğunu bilmirmiş: "Elədiklərimizə görə çox peşmanam". Təqsirləndirilən Lui Bo da saatın dəyərli olduğunu bilmədiyini və əməlindən peşman olduğunu deyib.

Zərərçəkən "VMF Continental" şirkətinin hüquqi nümayəndəsi isə təqsirləndirilən şəxslərdən şikayətçi olduqlarını açıqlayıb.

Zhang Guomin və Liu Bo zərərçəkmiş tərəfə 5 min dollardan 10 minə qədər kompensasiya ödəmə hazır olduğunu deyiblər.

Daha sonra iclasda şahidlər ifadə verib.

Bundan sonra məhkəmə istintaqı tamamlanıb.

Dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən Zhang Guomin və Liu Bonun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxslərin vəkilləri onların özlərini təqsirli bildiyini və ailələrinin ölkə xaricində olduğunu söyləyərək onlara yüngül cəza verilməsini xahiş edib.

Zhang Guomin və Liu Bo son sözünlərində çox peşman olduqlarını, bağışlanılmalarını və ölkələrinə göndərilmələrini xahiş edib.

Daha sonra təqsirləndirilən şəxslərin barəsində hökm elan edilib.

Hökmə əsasən, Zhang Guomin və Liu Bo 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər. Onların cəzaları bitdiyi an ölkədən kənarlaşdırılacaqlar.

İttihama görə, onlar Yasamal rayonunda yerləşən "VMF Continental" mağazasından 330 min manat dəyərində olan "Breguet" markalı qol saatını gizli yolla oğurlayıblar.

Zhang Guomin və Liu Bo Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham olunurlar.

Qeyd edək ki, mətbuatda yazılan məlumatlara görə, "VMF Continental" mağazası ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayevə məxsusdur.

Təqsirləndirilən şəxslərə qarşı sürülmüş ittihamda 5 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.

©Apa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

2 milyon manata bağça satılır

Bu ölkə Azərbaycana 15 manatdan mixək satıb

Azərbaycanda taksi istifadəçilərinin sayı bir az da azaldı

Qara dənizdə sərvət tapıldı - Ərdoğan elan etdi

Bakıda 4 aya 400 maşın satan çinli qız

Bakıda 4 aya 400 maşın satan çinli qız

Türkiyənin tanınmış geoloqu Celal Şengörün həbsi istənilir

Sahibkarlar üçün nə edilməlidir? Onlayn alış-veriş onların gününü qaraldıb

Elçin Quliyev generalı vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

TƏBİB-dən stomatoloqlarla bağlı qəribə tələb: "Otağı təmir et, hər ay 1200 manat icarə haqqı ödə!"

Mayın 20-də Bakıda “International HR Summit 2025” keçiriləcək

Ədalət Partiyasına yeni SƏDR SEÇİLDİ

Yüksəlişin finalçısı "Ziraat Bank"da rəhbər vəzifəyə təyin olundu

Yüksəlişin finalçısı "Ziraat Bank"da rəhbər vəzifəyə təyin olundu

Mübahisəli cərimələr zamanı - Nə etməli?

Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı- Narazı qaldı

TEMU-ya xəbərdarlıq edildi

ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb

ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb

"Son zəng"lə bağlı məktəblərə təlimat GÖNDƏRİLİB

Restorandakı nahar onlara 100 min dollar qazandırdı

Dövlət qulluqçularının reyestri aparılacaq

3 trilyon dollarlıq səfər - ABŞ böyük qazanc əldə etdi

Bazar gününün hava proqnozu

“Bununla heç bir alim ailə dolandıra bilməz” - Maaşını açıqladı

“Bununla heç bir alim ailə dolandıra bilməz” - Maaşını açıqladı

Vəfa Musayeva Everesti fəth edən ilk azərbaycanlı qadın oldu

Bank kartlarından 20 min manatlıq oğurlandı

Mərkəzi Bank 205 minə xidməti avtomobil alır

Formula-1-in ən çox qazanan pilotu BƏLLİ OLDU

Papa XIV Leonun uşaqlığının keçdiyi ev hərraca çıxarılıb

Aygün Səmədzadə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub

Bakıda 50 minə yaxın şagird monitorinqə cəlb olunacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin