
21.04.2025 / 12:00
Roma Papası vəfat etdi
68954
Roma Papası Fransisk vəfat edib.
Bu barədə Vatikan məlumat yayıb.
Roma Papası 88 yaşında vəfat edib.
Fevralın 14-də Papa Fransisk bronxit diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona ikitərəfli pnevmoniya diaqnozu qoyulub və bir neçə dəfə süni nəfəs aparatına qoşulub.
Martın 23-də Fransisk 38 gün xəstəxanada qaldıqdan sonra Vatikana qayıdıb. Ötən gün o, Vatikanın Müqəddəs Pyotr meydanında Pasxa bayramı ilə əlaqədar müraciət edib.
Qeyd edək ki, Papa Fransisk 1936-cı ildə Argentinada anadan olub. O, 2013-cü ildə Roma Katolik Kilsəsinin başçısı seçilib.
©report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay