BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9014
  • RUB
    2.0971
  • TRY
    0.0437
  • GBP
    2.2609
68845

Beş ildən sonra tam olaraq harada olacağınızı təxmin edə biləcəyinizi bilirsinizmi? Hara gedəcəyinizi, nə edəcəyinizi, hətta gəlirinizi belə asanlıqla bilmək mümkündür desək, necə?

Ətrafınızdakı insanların uğurunuza təsiri böyükdür.

Başqa sözlə desək, bir çox insanın gələcəkdə hansı mövqedə olacağını yalnız birgə vaxt keçirdikləri insanlara baxaraq belə demək mümkündür. Gəlir səviyyənizin yaxın dostlarınızla eyni olması böyük ehtimaldır. Eyni mövzulardan danışırsınız, eyni insanlarla və eyni məkanlarda vaxt keçirirsiniz. Bəzən eyni kitabı oxuyarkən və ya bəlkə də heç kitab üzü açmadığınızı görəcəksiniz.

Bir deyim var, "mənə dostunu de, sən kim olduğunu deyim". Bu sözün doğruluğu haqqında nə düşünürsünüz? Unutmayın, otaqdakı ən ağıllı insan sizsinizsə, deməli, səhv otaqdasınız. 5 özgüvəni yüksək insanla dost olsanız, 6-cı siz olarsınız. 5 axmaqla dost olsanız, 6-cı siz olarsınız. 5 milyoner ilə dost olsanız, 6-cı siz olarsınız. Tutaq ki, ətrafınızda beş yaxın dostunuz var və hər birini ən yaxşı dostunuz kimi görürsünüz.

Lakin həyatınızda daha yaxşı bir gələcəyə doğru dəyişiklik etməyə hazır hiss edirsinizsə, dostluqlarınızı yenidən qiymətləndirməyə başlaya bilərsiniz. Hər dostluq uzun müddətli olmalı deyil. Bəzən özünüzü artıq tarixini keçmiş, zərərli bir əlaqənin içində belə tapa bilərsiniz. Məhz buna görə də uzunmüddətli uğurunuz üçün yaxşı dostlar seçmək vacibdir.

Valyuta.az sizə uğur qazanmaq üçün doğru dost tapmağın sirlərini açır:

Rəhbərinizlə dostluq edin

Əgər həyatınızı, karyeranızı və ya işinizi daha yüksək bir səviyyəyə qaldırmaq istəyirsinizsə, niyə o səviyyədəki insanlarla daha çox ünsiyyət qurmayasınız? Bu yolla ağlınızı daha geniş ehtimallara açmış olarsınız. Özünüzə bənzəyən insanlarla daha rahat hiss etməyiniz təbiidir, biz də bununla bağlı heç bir problem görmürük. Amma ara-sıra konfort zonasından bir addım kənara çıxıb, sizi daha yaxşı təcrübələrə, yeni məlumatlara və daha yüksək standartda bir həyata çatdıracaq dostlarla vaxt keçirmək yaxşı bir fikir ola bilər. Bu dostluqları qiymətləndirsəniz, çox keçmədən həyatınızdakı inkişafları da görməyə başlaya bilərsiniz. Eyni dəyərləri paylaşdığınız dostlar seçin. Çeşidlilik bir çox baxımdan gözəldir, amma əsas inanclarınız və dəyərləriniz söz mövzusu olduqda, ən yaxşı dostluqlar beyninizin bənzədiyi insanlarla qurulacağı bir həqiqətdir.

Başqalarının fikirlərinə və fərqliliklərinə hörmət etməyiniz gözəldir, amma eyni dəyərlərə sahib dostlar seçməyiniz sizə uğur gətirəcək, həmçinin həyatınızdakı əsas dəyərlərinizə və standartlarınıza zidd olan insanlardan mənfi təsirlənməyinizi təmin edəcək. Ortaq hədəflərinizin olduğu dostlar seçin. Bu cür dostlara biz "hədəf ortağı" deyirik. Eyni məqsədlərə sahib dostlar seçdiyiniz zaman, xüsusilə yeni bir işə başlamaq üzrə olan bir təşəbbüskar olsanız, bir-birinizi motivasiya etmək şansınız olur. Hədəfləriniz üzərində birlikdə çalışa bilər və bu hədəflərə çatmaqda bir-birinizə dəstək verə bilərsiniz. Əksik tərəfləriniz tamamlayacaq dostlar seçin. Hər birimizin güclü və zəif tərəfləri vardır. Üstünlüklərimiz də zəifliklərimizdən yaranan çatışmazlıqlarımız da içimizdə gizlidir. Öz zəif və güclü tərəflərinizi bildiyinizə şübhəmiz yoxdur.

Bəs bu iki fərqli yön arasındakı tarazlığı necə qurmalısınız?

Doğru dostlarla sizin zəif olduğunuz amma onların güclü olduğu sahələrdəki bacarıqlarından istifadə edərək hər iki tərəf də qazanc əldə edəcək. Sizi rahatladan, motivasiya edən və təşviq edən dostlar seçin, bu cür dostlar da hədəf ortağı sayıla bilir. Daim mənfi bir yanaşma göstərən və üzündəki gülüş heç vaxt qəmkəş olmayan bir dost sahibi olmaq heç kimin istəyəcəyi bir şey deyil. Ətrafımızda olmaq istədiyimiz insanlar, təbii olaraq, bizi ruhlandıran və müsbət düşüncəyə sahib insanlardır. Dostlarınız hansı kateqoriyadadır? Onlarla hansı növ söhbətlər edirsiniz? Unutmayın, ən yaxşı dost sizi diqqətlə dinləyib, hər vəziyyəti müsbətə çevirməyə kömək edən dostlardır. Eyni maraqlara sahib olduğunuz dostlar seçin

Eyni maraqları paylaşdığınız insanlarla dost olmaq həyatınızı daha əyləncəli edəcəkdir.

İdman, musiqi, sənət və ya yemək tədbirləri kimi maraqlarınızın uyuşduğu hər cür fəaliyyətə çıxıb, birlikdə bir şeylər edə bilərsiniz. Yeni yerlər kəşf edə və yeni təcrübələrin dadını birlikdə çıxara bilərsiniz. Öyrənməyə həvəsli dostlar seçin, həyat öyrənmək, böyümək və inkişaf etməkdən ibarətdir. Bu səbəblə məlumatlı və öyrənməyə açıq dostlar seçməlisiniz. Beləliklə, bir-birinizdən bir şeylər öyrənə bilərsiniz. Sizə rəhbərlik edəcək, bilik mübadiləsi edəcəyiniz və ya yaxşı bir kitab tövsiyəsi verəcək dostlara sahib olmaq möhtəşəmdir. Hədəf ortağı olacağınız dostlar seçin.

Dönüb dolaşıb eyni ifadəni istifadə etdiyimizi fərq etmisinizdir: “Hədəf ortağı”, gəlin bunu aydınlaşdıraq. Hədəf ortağı dostlar, birgə məqsəd və arzulara sahib olduğunuz və bu hədəflərə çatmaq üçün sizi təşviq edəcək insanlardır. Uğurunuzu ürəkdən təbrik edəcək dostlar seçin. İnsanlar uğurlarını dəstəkləyən dostluqları istəyirlər.

Do]ru dostlar həyatınızdakı hər mərhələdə sizi təqdir edəcək, uğur hekayələrinizi ürəkdən qeyd edəcəklər.

İşi görən dostlar seçin. Bu cür insanlar məqsədlərini və uğurlarını ciddi şəkildə qəbul edirlər. Həyatı təsadüfi yaşamaz, məqsədsiz axtarışlar içində olmazlar. Sürətli qərarlar verər və işləri yoluna qoyarlar. Dostluq qarşılıqlı bir mübadiləyə əsaslanır, nə əkərsən, onu biçərsən. Əgər əla dostlara sahib olmaq istəyirsinizsə, əvvəlcə əla bir dost olmağı öyrənməlisiniz. Özünüzə necə davranılmasını istəyirsinizsə, başqalarına da eləcə davranın. Bu qaydanı həyatınıza tətbiq etdikdə, dostluğun nə qədər faydalı və məmnunedici olduğunu görəcəksiniz.

Günay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Turizm və Menecment Universitetinin tenderi niyə baş tutmayıb?

Prezidentlərə təqdim olunan yemək menyusu - Foto

Bu gündən Qarabağın bu rayonlarına da öz maşınlarınız ilə gedə bilərsiniz!

Etibarnamə ilə maşın alanlara XƏBƏRDARALIQ

Etibarnamə ilə maşın alanlara XƏBƏRDARALIQ

49 min manat vergi borcu olan bu şirkətin əmlakı hərraca çıxarılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni TƏYİNAT

Britaniya sanksiyaya məruz qalan rusları evlərini satmağa çağırır

Kiloqramı 32 manatdan göbələk teli alındı

Meşə fındığının xaricə satışından 52 milyon dollardan çox gəlir əldə olunub

Həmin zabitə 11 il həbs verildi

Azərbaycan Dağıstanda gündə 100 ton zeytun yağı emal edəcək zavod qurur

Kapital Bank Azərbaycan Texnologiya Universitetində keçirilən forum, karyera sərgisi və təlimlərdə təmsil olunub®

İcra başçısı şirkət rəhbərinin oğluna yüksək vəzifə verdi

Bu şəxslərin maaşı artacaq

Yapon şirkətləri ABŞ rüsumlarına görə 27,6 milyard dollar itirə bilər

"Azərbaycan şirkətlərində liderlərin sayı rəhbərlərin sayını ötür"

1,8 milyard "Gmail" istifadəçisi risk altında: Bu mesaja cavab verməyin!

Azərbaycanın 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək - Prezident açıqladı

"Unibank"dan AZAL-a TRANSFER

"Unibank"dan AZAL-a TRANSFER

Sabah hava yağmursuz keçəcək

Nazirlik bu dərmanın idxalına qadağa qoyub? - Rəsmi açıqlama

Prezident İlham Əliyev Budapeştdə TDT-nin qeyri-rəsmi iclasında iştirak edir

Azərbaycan ən çox hansı ölkələrə neft satır? - TOP 10

6 ay şərti ləğv olunur - Qanunda dəyişiklik

İdarəçisi olmayan şirkəti nələr gözləyir? - EKSPERT

Bu evlərə "kupça" verilmir

1 milyard dollarlıq startap maliyyə çatışmazlığı yaşayır - İflasla üz-üzədir

Şöhrət İsazadəyə SOCAR-da yeni vəzifə verildi

Şöhrət İsazadəyə SOCAR-da yeni vəzifə verildi

Yeni təyin edilən nazir kimdir? - DOSYE

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin