BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.9122
  • RUB
    2.1087
  • TRY
    0.0438
  • GBP
    2.273
68831

Ötən il “PAŞA Kapital” investisiya şirkətinin xalis mənfəəti azalıb. 

Valyuta.az bu barədə banka istinadən xəbər verir. 

Məlumata görə, investisiya şirkəti 2024-cü ili 2,25 mln. manat xalis mənfəətlə bitirib ki, bu da əvvəlki illə müqayisədə 5,1% və ya 121,8 min manat azdır. “PAŞA Kapital” 2023-cü ili 2,37 mln. manat xalis mənfəətlə bitirmişdi. 

Hesabat dövründə şirkətin faiz gəlirləri 2,2 dəfə artaraq 4,5 mln. manata bərabər olub. Xalis faiz gəlirləri isə bir ildə 927,1 min manatdan 1,63 mln. manata yüksəlib. 

Qeyri-faiz gəlirləri 17,4% artaraq 6,61 mln. manata, qeyri-faiz xərcləri isə daha çox- 52,7% artaraq 5,39 mln. manata bərabər olub. 

Qeyri-faiz xərclərinin daha çox artması onun mənfəət vergisindən əvvəlki mənfəətinin azalmasına səbəb olub. Bu rəqəm 2023-cü ildəki 3 mln. manatdan ötən il 2,87 mln. manata enib. Bu isə bir ildə 4,3% və ya 128 min manat azalma deməkdir. 

“PAŞA Kapital” 2024-cü ildə əvvəlki ilə nisbətən 1% az, yəni 624,6 min manat mənfəət vergisi ödəyib. 

İnvestisiya şirkətinin cəmi ümumi gəlirləri isə ötən 2,62 mln. manat təşkil edib ki, bu da bir il əvvələ nisbətən 866 min manat azdır. 

Ötən il investisiya şirkəti 1,8 mln. manat kiçilib. Belə ki, 1 yanvar 2025-ci il tarixinə “PAŞA Kapital”ın cəmi aktivləri 64,07 mln. manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 2,8% azdır. Bundan əlavə şirkətin cəmi öhdəlikləri 8,5% azalaraq 47,56 mln. manata enib. Cəmi kapitalı isə 13,89 mln. manatdan 16,5 mln. manata yüksəlib.

Nara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakının bu ərazisində yeni bulvar salınır - FOTO

Prezidentdən sabiq icra başçısı ilə bağlı SƏRƏNCAM

Nazirliyin işçilərinin sayı artırıldı

Rza Vəzirinin Gədəbəydəki qızıl mədəni şirkəti 21 milyon dollar zərər etdi

Prezident onları təltif etdi - Sərəncam

İcra başçısı məktəb müəllimini özünə müavin təyin etdi

İcra başçısı məktəb müəllimini özünə müavin təyin etdi

Gürcü bankı ruslara dünyanın dəbdəbəli mağazalarında alış-verişi qadağan etdi

Ən sürətli internetə sahib şəhərlər açıqlandı - Bakı neçənci yerdədir?

Azərbaycanda "coworking" məkanı açmaq üçün nə qədər maliyyə lazımdır?

"Nike" iyunun 1-dən bəzi məhsullarının qiymətini artıracaq

"Apple" iki məşhur "iPhone" modelinin təmirindən imtina edəcək

Prezidentdən yüksək vəzifəyə TƏYİNAT - FOTO

Sabah 31 dərəcə isti olacaq

Nikah üçün yeni qayda - Bu tarixdən başlanır

Ardıcıl 4 gün iş olmayacaq - Tarixlər

Metroda hərəkət invervalında dəyişiklik edildi

Daha az məhsulla daha çox satış etmək olarmı?

Şeyxin səlahiyyətləri azaldıldı

Şeyxin səlahiyyətləri azaldıldı

Şeyxin yeni müavini təyin edildi

Milli Depozit Mərkəzi ilk dəfə olaraq səhmlər üzrə dividend ödənişlərini həyata keçirib

Bu təhsil sektoruna yeni müdir təyin edildi

Fuad Nağıyev Aparat rəhbəri vəzifəsini ona tapşırdı (FOTO)

Sabah pensiyalar tam ödəniləcək

Baş nazir Aİ-92 benzini və dizel yanacağı barədə QƏRAR VERDİ

Naxçıvanda Möminə xatun türbəsi bərpa olunacaq

Jurnalist Dövlət Agentliyində vəzifəyə təyin olundu

Daha 10 şirkət bazarı tərk etdi - MMC-lər niyə batır?

Daha 10 şirkət bazarı tərk etdi - MMC-lər niyə batır?

Formula 1-in pilotları nə qədər qazanır? - SƏRVƏTLƏRİ

Şöbələr ləğv edildi- Nazirdən yeni təyinat

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin