2030-cu ilə qədər yox olacaq 20 peşə

Redaktor

19.04.2025 22:46
472

2030-cu ilə qədər yox olacaq 20 peşə

2030-cu ilə qədər dünyada hazırda mövcud olan iş yerlərinin təxminən 8%-i, yəni 92 milyon peşə tamamilə yox olacaq. 

Valyuta.az xəbər verir ki, bu proqnoz Ümumdünya İqtisadi Forumunun 2025-ci il üzrə "Gələcəyin peşələri" hesabatında yer alıb.

McKinsey Global Institutun apardığı araşdırmaya əsasən, süni intellektin və avtomatlaşdırmanın sürətli inkişafı təkcə ABŞ və Avropada qarşıdakı 5 il ərzində 12 milyon iş yerinin ləğv olunmasına səbəb ola bilər. Bu da milyonlarla insanın yeni sahələrə yönəlməsi ilə nəticələnəcək.

Hərçənd bu proses qorxulu görünsə də, digər tərəfdən 2030-cu ilə qədər 170 milyon yeni iş yerinin yaradılması gözlənilir ki, bu da hazırkı ümumi məşğulluğun təxminən 14%-nə bərabərdir. Yeni iş sahələrinin ortaya çıxmasına texnologiya, süni intellekt, yaşıl enerji və bazar dinamikasındakı dəyişikliklər təkan verir.

Maraqlıdır ki, bir neçə il öncə heç kimin ağılına gəlməyən “Süni intellekt üzrə rəhbər” (Chief AI Officer) vəzifəsi artıq reallığa çevrilib. Bu isə əmək bazarında köklü dəyişikliklərin baş verdiyini və yeni bacarıqlara ehtiyac yarandığını göstərir.

McKinsey bildirir ki, xüsusilə təkrarlanan və standartlaşmış vəzifələr, eləcə də məlumatların toplanması və emalı kimi funksiyalar artıq maşınlar tərəfindən daha sürətli və dəqiq icra olunduğundan bu sahələrdə kütləvi ixtisarlar gözlənilir. Buraya bank-maliyyə əməliyyatları, hüquq köməkçiləri, mühasibatlıq və ofis arxasında aparılan texniki proseslər daxildir.

Ümumdünya İqtisadi Forumu, LinkedIn və London Bankçılıq və Texnologiya İnstitutunun məlumatlarına əsasən 2030-cu ilə qədər yox ola biləcək 20 peşə belədir:

1. Poçt işləri 
2. Bank kassiri
3. Operator
4.  Kassir
5. Katib
6. Çapçı
7. Mühasib
8. Anbarçı
9. Bələdçi
10. Satıcı
11. Qrafik dizayner
12. Sığorta tənzimləyicisi
13. Hüquqşünas köməkçisi
14. Hüquq katibi
15. Telemarketoloq
16. İT texniki dəstəkçisi
17. Konveyer operatoru
18. Avadanlıq operatoru
19. Anbar toplayıcısı
20. Turizm agenti

Gələcək üçün özümüzü necə sığortalamaq olar?

1. Tələbat olan bacarıqlara yiyələnin

Ümumdünya İqtisadi Forumu və Coursera kimi platformaların hesabatlarını izləyərək, əmək bazarında hansı bacarıqların tələb olunduğunu müəyyənləşdir. 2025-ci il üçün yüksək artım göstəricisinə malik sahələrə süni intellekt üzrə biliklər, data analizi, istifadəçi təcrübəsi, rəqəmsal marketinq və tənqidi düşüncə daxildir.

2. Bacarıqlarınızı önə çıxarın

Əgər vəzifəniz sıradan çıxmaq üzrədirsə, bu zaman nəticəyönümlü bacarıqlar, rəqəmsal idarəetmə, əməkdaşlıq və proses optimallaşdırması kimi ümumi dəyərləri ön plana çıxarın.

3. Seçimlərinizi artırın

Tək bir işə bağlı olmaq risklidir. Alternativ gəlir mənbələri yarat: frilans xidmətlər, passiv gəlir axınları, ailəvi bizneslər və ya əlavə layihələr. Bu, istənilən iqtisadi və texnoloji dəyişiklik zamanı sənə dayanıqlılıq qazandıracaq.

Sərvanə Rəmixanova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ödənilən cərimə vəsaitlərini geri almaq mümkün olacaq - VİDEO

14.03.2026

Bakının daşınmaz əmlak bazarında qiymət artımı: Hansı ərazilərdə mənzillər bahalaşıb? - VİDEO

14.03.2026

Hansı hallarda valyuta ehtiyatlarından istifadə olunur?

14.03.2026

"Meta" süni intellekt xərclərinə görə işçilərin 20%-ni ixtisar edə bilər

14.03.2026

Sağalmaz xəstəliklərdən həyat sığortasında 3 dəfəyə yaxın artım olub

14.03.2026

Bu şirkət itmiş hava limanı baqajını alıb yenidən satır

14.03.2026

"Atlassian" işçilərinin 10%-ni ixtisar edəcək

14.03.2026

Azərbaycana gətirilən süd və qaymağın qiyməti bahalaşıb

14.03.2026

Sosial mediada kimlik oğurluğu: Saxta səhifələr necə işləyir?

14.03.2026

"Google" "Gemini" ilə ani selləri proqnozlaşdırmaq üçün 5 milyon xəbər məqaləsini analiz edib

14.03.2026

Azərbaycanda dövlət agentliyi ləğv edildi

14.03.2026

Dünyanın ən zəngin və xoşbəxt ölkələri - Siyahı

14.03.2026

Novruz süfrələri üçün kənd qoxusu: Yarmarkada qiymət fərqi - REPORTAJ

14.03.2026

“Wonderful” 150 milyon dollar investisiya alıb

14.03.2026

Niyə ən yaxşı ideyalarınız iclaslarda diqqətdən kənarda qalır?

14.03.2026

Azərbaycan neftinin qiyməti 109 dolları keçdi

14.03.2026

Kiçik sahibkarlığa verilən kreditlər 154 milyon manatdan çox artıb

14.03.2026

2 əsr əvvəl sabun bişirən gəncin biznesi bu gün milyardlar qazandırır - "Colgate" hekayəsi - SƏHƏR OXUSU

14.03.2026

Süni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır

13.03.2026

Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti

13.03.2026

Məzənnə

Yüklənir...