
18.04.2025 / 12:40
Xırdalan pivəsinin istehsalçısı MƏHKƏMƏLİK oldu
68821
“Xırdalan” və bir çox məşhur pivə istehsalçısı “Carlsberg Azerbaijan” şirkəti işdən çıxarılan əməkdaşı tərəfindən məhkəməyə verilib.
Valyuta.az Tribunainfo.az-a istinadən xəbər verir ki, şirkətlə bağlı iddianı qaldıran şəxsin adı açıqlanmır. İşin mahiyyəti əmək mübahisələridir. İddiaçı işə bərpasını və əmək haqqı tələbi irəli sürüb.
“Carlsberg Azerbaijan” şirkəti ilə bağlı işə 29 aprel tarixində Sumqayıt Apellyasiya Məhkəməsində hakim Fuad Məmmədovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, “Carlsberg Azerbaijan” pivə zavodu Xırdalan şəhərində yerləşən ölkənin ən böyük pivə istehsalçı şirkətidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay