BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9014
  • RUB
    2.0971
  • TRY
    0.0437
  • GBP
    2.2609
68804

ABŞ-da sabiq prezident Donald Trampın rəhbərliyi ilə tətbiq olunan yeni ixrac nəzarəti qaydalarından sonra "Nvidia"nın səhmlərində eniş davam edib. 

Valyuta.az xəbər verir ki, süni intellekt çipləri istehsalçısının səhmləri cümə axşamı günü təxminən 3 faiz ucuzlaşıb və bundan bir gün əvvəlki 7 faizlik enişi daha da dərinləşdirib.

"Nvidia" çərşənbə axşamı gecə saatlarında verdiyi açıqlamada ABŞ-ın getdikcə sərtləşən ticarət qaydalarına uyğunlaşmaq məqsədilə Çinə xüsusi hazırlanmış H20 çiplərinin satışının qadağan edilməsinin şirkətə birinci rübdə 5,5 milyard dollarlıq zərər verəcəyini bildirib.

"Bloomberg"in məlumatına görə, şirkətin cümə axşamı günkü səhmlərindəki eniş "Nvidia"nın bazar dəyərini 2,47 trilyon dollara endirib. Bu isə, sərt ticarət qaydalarının elanından bu yana şirkətin ümumilikdə 266 milyard dollar dəyər itirdiyini göstərir.

"JPMorgan" analitiki Harlan Sur çərşənbə günü yayımladığı qeyddə bu dəyişikliklərin "Nvidia"nın illik məlumat mərkəzi gəlirlərini və hər səhmə düşən qazancını 8-10 faiz azalda biləcəyini bildirib. Bu isə təxminən 15-16 milyard dollarlıq gəlir itkisi deməkdir. "Jefferies" analitiki Blayn Kurtis isə daha mülayim yanaşaraq 10 milyard dollarlıq itki gözlədiyini deyib.

Yeni ticarət məhdudiyyətləri "Wall Street"i təəccübləndirib. "NPR" yaxın günlərdə yaydığı məlumatda Trampın Mar-a-Lagoda "Nvidia"nın baş direktoru Censen Huanqla nahar etdiyi və bu görüşdən sonra H20 çiplərinə qoyulacaq məhdudiyyətlərdən imtina etdiyinin bildirildiyi qeyd edilmişdi. Buna baxmayaraq, məhdudiyyətlər qüvvədə qalıb. "Nvidia" məsələyə dair şərh verməkdən imtina edib.

"Bloomberg" yazır ki, şirkətin çərşənbə axşamı verdiyi bəyanatdan cəmi iki gün sonra Censen Huanq yerli ticarət təşkilatının dəvəti ilə Pekinə səfər edib.

Həftənin əvvəlində "Nvidia", Trampın ticarət siyasətinə qarşı texnologiya sənayesinin yerli istehsalı gücləndirmək niyyətində olduğunu bildirib və növbəti dörd il ərzində ABŞ-da süni intellekt infrastrukturu üçün 500 milyard dollara qədər sərmayə qoyacağını açıqlayıb.

Tramp isə bu həftə yarımkeçiricilərə gömrük rüsumları tətbiq etməyə hazırlaşdığını açıqlayıb. ABŞ Ticarət Nazirliyi çərşənbə axşamı 1962-ci il "Ticarətin Genişləndirilməsi Aktı"nın 232-ci bölməsi çərçivəsində kompüter çipləri üzrə yeni bir milli təhlükəsizlik araşdırması başlatdığını bildirib. Tramp, elektron məhsulların da rüsumlara daxil ediləcəyini vəd edib. O, bazar günü yaydığı mesajında "yarımkeçiricilər və bütöv elektron təchizat zəncirinə baxış keçiriləcəyini" bildirib.

"Nvidia" ilə yanaşı, ABŞ-ın Çinə çip ixracına qoyduğu yeni məhdudiyyətlər digər texnologiya şirkətlərinə də təsir edib. Rəqib "Advanced Micro Devices" (AMD) şirkətinin səhmləri təxminən 1 faiz, "Broadcom" (AVGO) səhmləri 2,1 faiz, "Intel" (INTC) isə 1,6 faiz enib.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanın 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək - Prezident açıqladı

"Unibank"dan AZAL-a TRANSFER

"Unibank"dan AZAL-a TRANSFER

Sabah hava yağmursuz keçəcək

Nazirlik bu dərmanın idxalına qadağa qoyub? - Rəsmi açıqlama

Prezident İlham Əliyev Budapeştdə TDT-nin qeyri-rəsmi iclasında iştirak edir

Azərbaycan ən çox hansı ölkələrə neft satır? - TOP 10

6 ay şərti ləğv olunur - Qanunda dəyişiklik

İdarəçisi olmayan şirkəti nələr gözləyir? - EKSPERT

Bu evlərə "kupça" verilmir

1 milyard dollarlıq startap maliyyə çatışmazlığı yaşayır - İflasla üz-üzədir

Şöhrət İsazadəyə SOCAR-da yeni vəzifə verildi

Şöhrət İsazadəyə SOCAR-da yeni vəzifə verildi

Yeni təyin edilən nazir kimdir? - DOSYE

Rusiyada miqrantlar smartfonlar vasitəsilə izləniləcək

Əsassız varlanan şəxslərlə bağlı Ali Məhkəmədən qərar

“Unibank” Mərkəzi Bankın tələblərini pozdu - Xəbərdarlıq edildi

Rafael Quliyev Kənd Təsərrüfatı naziri təyin edildi

“Bank of Baku”nun İdarə Heyəti sədrinin müavini vəzifəsindən ayrıldı

Pul haqq idi, nə vaxtdan enerji oldu?

Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs bu gün səhər edam olunub

Daha bir ölkəyə vizasız gedə biləcəyik

Neftimizin qiyməti ucuzlaşıb

Tanınmış iş adamı vəfat etdi - Foto

İlon Mask siyasətdən tədricən uzaqlaşacağını açıqlayıb

İlon Mask siyasətdən tədricən uzaqlaşacağını açıqlayıb

Rubl ucuzlaşıb - Yeni məzənnə

Azərbaycanda bir nəfərin aylıq xərci nə qədərdir?

Loqo satışlara necə təsir edir? - EKSPERT

"Bitcoin" 107 min dolları keçdi - "Ethereum" və "XRP"nin qiyməti düşdü

Sevərək işlədiyimiz ev mühiti işimizi necə ləngidir? - 7 əsas mənfi cəhət - SƏHƏR OXUSU

Sevərək işlədiyimiz ev mühiti işimizi necə ləngidir? - 7 əsas mənfi cəhət - SƏHƏR OXUSU

ABŞ Ayda nadir tapılan maddənin çıxarılması üçün xüsusi qurğu hazırladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin