
17.04.2025 / 18:23
Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsi kəskin artıb
68770
Bu ilin yanvar-mart aylarında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 118 milyon 745 min ABŞ dolları təşkil edib.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 67,64% dəfə çoxdur. Ötən ilin eyni dövründə isə ticarət dövriyyəsi 70 milyon 830 min ABŞ dolları idi.
Hesabat dövründə Azərbaycanın Qazaxıstana ixracı 72,51% artaraq 20 milyon 610 min ABŞ dollarına çatıb. Qazaxıstandan idxal isə 66,65% artımla 98 milyon 135 min ABŞ dolları olub.
Qazaxıstanın Azərbaycanın ümumi ixracında payı 0,32%, ümumi idxalında isə 1,73% təşkil edib.
Maya Hüseynova
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay