
17.04.2025 / 15:33
Azərbaycanın Çin ticarət dövriyyəsi 1 milyard dolları keçdi
68746
Bu ilin yanvar-mart aylarında Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 1 milyard 28 milyon 576 min ABŞ dolları təşkil edib.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 37,4% dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanın Çinə ixracı 4,59 dəfə artaraq 23 milyon 211 min ABŞ dollarına çatıb. Çindən idxal isə 35,17% artımla 1 milyard 5 milyon 365 min ABŞ dolları olub.
Çinin Azərbaycanın ümumi ixracında payı 0,36%, ümumi idxalında isə 17,75% təşkil edib.
Maya Hüseynova
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay