BAKU Azərbaycan
18.03°C
  • USD
    1.7
  • EUR
    1.9214
  • RUB
    2.0753
  • TRY
    0.0442
  • GBP
    2.26
68672

"OpenAI" şirkəti X (keçmiş Twitter) platformasına bənzəyən yeni sosial şəbəkə üzərində işləyir. 

Valyuta.az xəbər verir ki, "The Verge" nəşrinin bir neçə mənbəyə istinadən yaydığı məlumata görə, bu layihənin artıq prototipi mövcuddur və Sem Altman onu şirkət divarları arxasında nümayiş etdirərək ilkin rəylər toplayır.

Yeni platformanın əsas xüsusiyyəti – ChatGPT ilə görüntü generasiyası funksiyası və onun ətrafında qurulmuş xəbər lenti olacaq. Qeyd olunur ki, Altman bu ideyanı hələ fevral ayında zarafatla dilə gətirmiş və "Meta" şirkətinin ChatGPT-yə rəqib tətbiq hazırlamasına cavab olaraq sosial şəbəkə yaratmağı nəzərdən keçirəcəklərini demişdi.

Mənbələrin bildirdiyinə görə, "OpenAI"ın sosial şəbəkəyə ehtiyacı əsasən canlı və aktuallaşdırılmış istifadəçi məlumatları ilə bağlıdır. Hazırda bu cür məlumatlar X və "Meta" platformalarında mövcuddur və həmin şirkətlər öz süni intellekt modellərini bu məlumatlar əsasında öyrədir.

"The Verge" ilə danışan süni intellekt sahəsinin nümayəndələrindən biri bildirib ki, X platformasına "Grok" çat-botunun inteqrasiyası sektorda həsəd doğurur:

"Xüsusilə, istifadəçilərin botu müxtəlif absurd şeylərə məcbur edərək viral tvitlər yaratma üsulu diqqət çəkir".

Yeni platformanın ayrı bir tətbiq kimi təqdim olunacağı, yoxsa mövcud ChatGPT sisteminə inteqrasiya ediləcəyi hələlik məlum deyil. Layihənin nə dərəcədə uğurlu olacağını isə zaman göstərəcək.

2025-ci ilin mart ayında ChatGPT dünyada ən çox yüklənən tətbiq olub – "TikTok" və Instagram kimi nəhəng platformaları geridə qoyaraq ay ərzində 46 milyon dəfə yüklənib. Bu populyarlıqda "Ghibli" studiyasının üslubunda animasiya şəkilləri yaratmaq trendi mühüm rol oynayıb. "OpenAI" şirkəti bildirmişdi ki, bu tələbat şirkətin qrafik prosessorlarını belə "əridəcək" qədər güclü idi.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qohumlarını "ASAN xidmət"ə işə düzəltmək adı ilə aldadan qadının cəzası dəyişdirildi

İdman müəllimləri də sertifikasiyadan keçəcəklər

Çin Yerin fırlanmasını zəiflədib, sutkanın uzunluğunu artırıb

DİN-dən kiberdələduzluqla bağllı əhaliyə MÜRACİƏT

Azərbaycan nefti ucuzlaşmaqda davam edib

10 min abituriyent buraxılış imtahanlarından ŞİKAYƏT EDİB

Azərbaycanda rektorlar neçə prorektorla işləyirlər? (SİYAHI)

Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıdıb

Pedaqoji Universitetə ən yüksək KEÇİD BALLARI

Sabah Bakının bəzi küçə və prospektlərində hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - SİYAHI

Paytaxtın bu ərazisində böyük park salınır

Bu gün imtahan var

Bakıda ən ucuz ərazilər haradadır? (VİDEO)

Bakıda ən ucuz ərazilər haradadır? (VİDEO)

Banklar, kredit təşkilatları və lombardlar: Hansı kredit növü daha sərfəlidir? (VİDEO)

Günün kriptovalyuta göstəriciləri

“Çoban” fəlsəfəsi ilə qurulan milyard dollarlıq brendin uğur hekayəsi - SƏHƏR OXUSU

Satışa çıxarılan 8 milyonluq villa kimindir? (YENİLƏNİB)

Xəzərdə külək enerjisi: strateji layihə nələr vəd edir?

Zəlzələdə çökmə riski olan binalar - Ekspert əhaliyə xəbərdarlıq etdi

Zəlzələdə çökmə riski olan binalar - Ekspert əhaliyə xəbərdarlıq etdi

Universitetdə işləmək istəyənlərin nəzərinə! - Çoxlu vakansiya var

Azərbaycanda köhnə avtomobillərə maraq bu səbəbdən artacaq (VİDEO)

Maaş sistemində vacib dəyişiklik: detallar - VİDEO

Azərbaycanda pasport verilən abidələrin SAYI

Milli Məclisin bu maşınları hərraca çıxarılacaq

Koreyadan başqa azərbaycanlı turistlər bütün ölkələrdə öz evlərində qalıblar – Siyahı

Koreyadan başqa azərbaycanlı turistlər bütün ölkələrdə öz evlərində qalıblar – Siyahı

İlk yol nişanları necə meydana çıxıb? – Maraqlı TARİX

Bu şirkətin külli midarda vergi borcu var

Bakıda keçirilən ilk “Binance Community MeetUp" tədbirinə 1000-dən çox iştirakçı qatıldı

“Azərsun Holdinq”in yeni rəhbəri o oldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin