
15.04.2025 / 11:30
"Badamlı" şirkətinə yeni direktor təyin edildi
68562
"Badamlı Mineral Sular" MMC-də yeni təyinat olub.
Valyuta.az-ın əldə etdiyi məlumata görə, Emil Qüdrətli Badamlının Satış Departamentinə direktor təyin olunub.
Bu vəzifəsinə qədər, E. Qüdrətli “Avrora Qrup”da Məhsul Meneceri vəzifəsində çalışıb. Bundan başqa, o, "Bolluq LTD" MMC, “Ulduz” Şokolad Fabrikində müxtəlif vəzifələrdə çalışıb.
Karyerasına isə bank sektorunda başlayıb. Belə ki, o, 2010-cu ildən 2015-ci ilə qədər Zaminbank-da, 2015-ci ildən 2019-cu ilə qədər isə “AGBank” ASC-da işləyib.
Qeyd edək ki, Zaminbank-ın 2016-cı ilin iyul ayında, “AGBank” ASC-nin isə 2020-ci ilin may ayında lisenziyası ləğv edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay