
“AccessBank”ın mənfəəti 39% azalıb
“AccessBank” 2025-ci ilin ilk rübünün nəticələrini açıqlayıb.
Valyuta.az xəbər verir ki, bank ilin birinci rübünü 10 milyon 49 min manat xalis mənfəətlə başa vurub. Bu rəqəm ötən ilin eyni dövrünə nisbətən 39,2% azdır.
Hesabat dövründə bankın faiz gəlirləri 5 milyon 884 min manat və ya 11,08 % artaraq 58 milyon 983 min manat olub. Əsas artım müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirlərində (56 milyon 347 min manat) müşahidə edilib.
İlk rübdə “AccessBank”ın faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən 14,36 % artaraq 19 milyon 929 min manatdan (I rüb 2024) 22 milyon 791 min manata yüksəlib.
Bu ciddi artım əsasən depozitlər üzrə faizlər (17 milyon 304min manat) və cəlb edilmiş kreditlərə görə ödənilən faizlər (5 milyon 264 min manat) ilə bağlıdır.
Nəticədə bankın xalis faiz gəliri 9,11% artaraq 36 milyon 192 min manata çatıb.
Bankın qeyri-faiz gəlirləri komissiya gəlirləri, xarici valyutadan gəlir və digər gəlirlər 537 min manat azalaraq bu ilin ilk rübündə 3 milyon 574 min manata enib. Qeyri-faiz xərcləri isə 2 milyon 294 min manat artaraq 21 milyon 53 min manata yüksəlib.
Ümumilikdə, bankın mənfəət vergisindən əvvəlki mənfəəti 12 milyon 494 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 24,4% azalma deməkdir. 2024-cü ilin ilk rübündə bu rəqəm 16 milyon 522 min manat təşkil edib.
Son üç ayda “AccessBank”ın cəmi aktivləri 14,7% və ya 202 min 79 manat artaraq 1 milyon 576 min 219 manata, cəmi öhdəlikləri isə 13,45% artaraq 1 milyon 384 min 625 manata bərabər olub. Cəmi kapitalı isə 24,6% artaraq 191 milyon 594 min manata bərabər olub.
Qeyd edək ki, “AccessBank” 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Müşahidə şurasının sədri İvaniyçuk Oleq Fedoroviçdir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay